Page 361 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 361
Èòèðèëìèø äöíéà 361

Elәdir ki, var. Hәr şey düz gәlir. Budur, Mayo Truayon küçә-
sindәki hotelin pәncәrәsindәn başını çıxarıb, yoğun sәslә Tenteni
çağırır. Tenten… Onu görmәk mәnә ağır gәlirdi. Necә ki, indicә
terrasda tanıdığım, sehirli çubuğun hәrәkәtilә qırx yaşlı qadına
çevrilmiş qızcığazı görmәk ağırdır. Yaşlanmış Tentenin çәkisi iki
dәfә artmışdı.

– O, mәni qolf şalvar geymәyә mәcbur edirdi… Bir dәfә ad
günümdә mәnә foksteryer bağışladı… Elә o vaxtdan kino işçilәr
mәni Tenten Karpantyeri adlandırmağa başladılar…

Elә bil tanış әtir qoxladım vә bu, birdәn-birә Mayonun bütün
hoqqalarını yadıma saldı.

– İşimin başına qayıtmalıyam, – o, ah çәkdi.
Terrasda rejissor ayağa qalxdı vә indi dә şәhadәt barmağının
dırnağını gәmirә-gәmirә hansısa qalın qovluğa baxmağa başladı.
Tenten mәnә sarı әyildi.
– Sizinlә bir daha görüşmәk istәrdim… Axı Mayonu siz dә
çox istәyirdiniz, deyilmi?
– Əlbәttә çox istәyirdim.
– Sizә vacib bir şey demәliyәm… Amma indi vaxtım yoxdur…
O, sanki danışmaq ehtirasını boğmaq istәyirmiş kimi dodaqlarını
bir-birinә sıxdı. Sonra qәfildәn çәnәsini irәli verib, qәtiyyәtlә dedi:
– Bilirsinizmi… Mayo ölmәyib… O, yaşayır… Elә bilirsiniz,
dәli olmuşam, hә? Amma sizә tәkrar edirәm: o ölmәyib. İndi
vaxtım yoxdur, gәlin sonra görüşәk…
– Yaxşı…
– Sabah… gecә saat birin yarısında… burada… bu kafedә…
geciksәm… mәni gözlәyәrsiniz… başqa küçәyә keçәcәyik, bu
yaxındadır…
– Yaxşı.
– Sizә hәr şeyi izah edәcәyәm.
   356   357   358   359   360   361   362   363   364   365   366