Page 362 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 362
Ïàòðèê Ìîäèàíî
O qalxıb әlimi sıxdı vә iti addımlarla kafeni tәrk etdi. Bayırda
rejissoru dövrәlәmiş qrupa qoşuldu, amma bir az aralıda dayandı.
Zalda tәk qaldım. Birdәn-birә mәnә elә gәldi ki, başımın üstündә
Jorj Mayonun boğuq, neon lampalarının vızıltısına bәnzәyәn
gülüşünü eşidirәm. İstәr-istәmәz şüşәnin o üzündәki bir başqasını
tәsәvvürümә gәtirdim – o, iyirmi yaş cavandır, sarışın kәkili var,
qolf şalvar geyib vә qayışda foksteryer gәzdirir.
Rokruanın mәnzilinә qayıdandan sonra yenidәn dosyeni
vәrәqlәmәyә başladım – yoxlamaq istәyirdim, görüm, burada
Tentenin adı varmı? 12-ci vәrәqdә onun qısa ifadәsinә rast gәldim
– ifadә ondan 1965-ci il, iyulun 11-dә alınmışdı.
“…Rober Karpantyeri, 1938-ci il, iyunun 7-dә Parisdә (X
dairә) doğulub, kinomexanik işlәyir, Paris, Bryunel küçәsi, 5-bis
(XVII dairә) ünvanında yaşayır… O, ifadәsindә demişdir:
“Mәn müsyö Jorj Mayo ilә 1955-ci ilin aprel ayında, onun so-
nuncu filminin çәkilişlәri zamanı tanış olmuşam. O vaxtdan
dostluq münasibәtlәrimiz var. Ayrı-ayrı vaxtlarda sürücüsü vә
katibi işlәmişәm, 1960-cı ildә madmazel Pyestri ilә nikaha girmәsi
münasibәtilә Romaya sәfәr edәrkәn, mәn dә onunla olmuşam.
Müsyö Mayonun bәzi dostlarıyla tanışam, ancaq madam
Karmen Blenlә çox nadir hallarda görüşürdüm. Bilirdim ki,
müsyö Mayoyla çoxdan tanışdırlar. İki-üç dәfә müsyö Mayonu
madam Karmen Blenin I Albert küçәsindәki evinә aparmışam.
Mәn heç vaxt nә madam vә müsyö Xeyuordlarla, nә dә
Lüdovik Fukeylә görüşmәmişәm. Onların müsyö Mayo ilә tanış
olduqlarını da bilmirdim. O, heç vaxt onlar barәdә danışmamışdı.
Truayon küçәsi, 1-bis (XVII dairә) ünvanında yerlәşәn “Triumf”
hotelindә Müsyö Mayonun yalnız bir tanışı qalırdı – Alber
Vallenten, kinematoqrafist. Jan Dekker adı mәnә tanış deyil.
Müsyö Mayonun yanımda belә bir ad çәkdiyini xatırlamıram”.
İmza…”