Page 363 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 363
Èòèðèëìèø äöíéà 363
Demәli, mәnim adım ona tanış deyil… Əlbәttә, ola bilsin,
Tenten bildiklәrinin hamısını etiraf etmәyib, ancaq istәnilәn halda
o, yalnız statistdir, tabloda tәsvir olunan peyzajın arxa planında
güclә sezilәn siluetlәrdәn biridir.
Qovluğu şappıltıyla bağladım. Eyvanın aralı qapısından içәriyә
sızan meh pәrdәlәri oynadırdı.
Birdәn-birә hiss etdim ki, bütün gecәni Rokruanın mәnzilindә
oturub, dosye oxumaqla keçirә bilmәrәm. Hotelә qayıtmaq
qәrarına gәldim, ancaq dünәnki kimi ölü şәhәrin küçәlәrindә
addımlamağa özümdә güc tapmadığımdan, taksi çağırdım.
Parisә gәlәn bütün turistlәr kimi öz hotelimә qayıdıb, rahat
nәfәs aldım. Pencәyimin qoyun cibini yoxladım – ingilis pasportum
yerindә idi. Deyәsәn, sadәcә pis yuxu görmüşәm. Hәyatda Tenten
filan yoxdur. Düzdür, әlimdә dosye var, bir dә Kursel küçәsindәki
mәnzilin açarı, ancaq onları da birdәfәlik itirә bilәrәm. İzi-tozu
da qalmaz. Sabah sәhәr tezdәn isә rahatca Klostersә uçaram.
Arvadıma zәng etmәk istәdim, ancaq artıq gec idi. Hәm dә
qorxurdum ki, o mәnim sәsimdә kәnar notlar sezib, narahat olar.
Bu kabinet-rotondanı, paqodanı vә Tentenlә görüşümü ona tәsvir
etmәk üçün lazımi ingilis sözlәrini tapıb, deyә bilәcәyәmmi?
Yox, bәzi şeylәrin üstündәn sükutla keçsәm yaxşıdır.
Köhnә qara gözlüyümü sekreterin üstünә qoydum. Gözlüyә
kәnardan baxınca birdәn-birә üşәndim, sanki o, mәnim hansısa
cinayәtimin maddi sübutu idi.
Paltarlı-paltarlı yerimә uzanıb, radionu yandırdım. Bi-bi-si-
nin dalğasını tutmaq üçün radionun düymәsini fırlatmağa başladım.
Mәnim bir başqası deyil, mәhz ingilis yazıçısı Embrouz Qayz
olduğuma özümü inandırmaq üçün indi radioda ingiliscә danışıqları
dinlәmәyim lazım idi. Özümü Xempsid-Xitdә sakit, darıxdırıcı
bazar gәzintisindәn qayıdan adam kimi hiss etmәk istәyirdim.