Page 356 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 356
Ïàòðèê Ìîäèàíî

xüsusi әlamәtlәri Roden küçәsi, 2, Paris (XVI dairә) ünvanında
qapıçı işlәyәn müsyö Dunyonun öz ifadәsindә göstәrdiyi әlamәtlәrә
uyğun gәlir.

Hal-hazırda qızın şәxsiyyәti müәyyәnlәşdirilmәmişdir”.
O birisi vәrәqdә:
29 №-li iş: gilizlәrin aşkarlandığı yerlәr.
Hadisә yerindә üç giliz aşkar edilmişdir. Gilizlәr atılan güllәlәrә
uyğun gәlir.
Gilizlәrdәn biri Lüdovik Fukenin sağ qolunun yanına düşmüş
külqabı ilә kreslonun arasında aşkarlanıb.
Digәr güllәlәr kresloda, qәtlә yetirilәnin başı ilә qoltuqluğun
arasında tapılıb.
Lüdovik Fukenin qәtlә yetirilmәsi ilә bağlı Roden küçәsi, ev
2 ünvanında, 4-cü mәrtәbәdә yaşayan müsyö Rozanın ifadәsi
xüsusi maraq doğurur.
Dalbadal atılan güllә sәslәrindәn belә qәnaәtә gәlmәk olar ki,
Lüdovik Fuke birinci güllә ilә öldürülüb. Az keçmiş, daha iki atәş
açılıb. Şahid öz ifadәsindә deyir: “Saat iyirmi üç radәlәrindә güclü
gurultu eşitdim, elә bil mebel döşәmәyә aşdı. Otuz-qırx saniyәdәn
sonra daha iki zәrbә sәsi eşitdim. Bu sәslәr nisbәtәn qısa vә boğuq
idi. Bir-birinin ardınca gәlәn taqqıltılardan bildim ki, bu, Xeyuordların
evidir. Bu sәslәrә әhәmiyyәt vermәdim. Sonradan Xeyuordların
mәnzilindә baş verәnlәri eşidib, fikirlәşdim ki…”
Saat ona qalmış restoran vә ya kafe tapmaq üçün Rokruanın
mәnzilindәn çıxdım. Paqodanın qaranlıqda әtrafdan seçilmәsinin
sәbәbini onun yanından keçәndә öyrәndim. Sәn demә, Rembrandt
küçәsindә quraşdırılmış yupiterlәrin işığı paqodanın üstünә
yönәldilibmiş. Monso küçәsindәn keçib, Messina küçәsinin tininә
çatdım. Buradakı kafe hәlә açıq idi. Uzaqdan qarışıq sәslәr eşit-
dim. Terrasda, az qala bütün sәkini doldurmuş stolların arxasında
   351   352   353   354   355   356   357   358   359   360   361