Page 332 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 332
Ïàòðèê Ìîäèàíî

mәnә ağır gәlmәyә başladı, ancaq Tatsukeyә bir qәdәh dә içmәyi
tәklif etmәdim, daha doğrusu buna ürәk elәmәdim.

– Parisә gәlişiniz ilhamınızı oyadacaqsa, lap yaxşı… Xatirә-
lәrinizi qәlәmә almaq planınız çox xoşuma gәldi…

– Cәhd edәcәyәm, – kirimişcә cavab verdim.
Hoteldәn çıxanda isti mәnә lap dözülmәz gәldi. Mәnә qalsa,
kondisionerli otaqdan heç çıxmazdım. Mәn indi sudan çıxarılmış
balıq kimi nәfәs alırdım.
– Bәdbәxtlik ondadır ki, – dedim, – burada tanış-bilişim qal-
mayıb.
– Sizi başa düşürәm. Arvadım mәni tәrk etdikdәn sonra Paris
mәnim üçün dә hәminki şәhәr deyil…
Hotelin önündә taksilәr qatara düzülmüşdü. Tәklikdә maşınla
yol getmәk vә Kastilyon küçәsindәki hoteldә gün keçirmәk mәnә
istidәn daha çox әziyyәt verirdi.
– Bәlkә, sabah sәhәr reysi ilә çıxıb gedәsiniz… Mәnim kimi…
Haçansa yaşadığın yerlәri ziyarәt etmәk axmaqlıqdır… mәsәlәn,
mәn arvadımın kosmetika salonunun yerlәşdiyi Matyuren
küçәsindәn hәmişә yan keçirәm… Başa düşürsünüz?
O, taksinin qapısını açdı, çiynimdәn ehmalca aşağı basıb,
mәni maşının salonuna itәlәdi. Özümü oturacağa saldım.
– Şadam ki, müqavilәlәri şәxsәn özünüzә tәqdim etdim…
Hәr halda, Parisdәn tez getsәniz yaxşıdır… Düz sözümdür, mәnә
elә gәlir ki, burada qalmaq sizin ziyanınıza işlәyir… Bir “Carvis”
dә yazın… Sizә inanıram, müsyö Qayz…
O, maşının qapısını çırpdı vә biz yerimizdәn tәrpәndik. Taksi
işıqforun qırmızı işığında dayandı vә güzgüdә Tatsukeni gördüm.
O, sәkinin kәnarında dimdik dayanmışdı, әllәrini pencәyinin cibinә
qoymuşdu, sifәtindә ehtirassız bir ifadә vardı. İyirmi ildәn sonra,
bürkülü bir iyul axşamında bu şәhәrdә tәk qalıb, açıqrәngli kostyum
geymiş yapondan gözünü ayıra bilmәmәk – çox qәribәydi.
   327   328   329   330   331   332   333   334   335   336   337