Page 334 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 334
Ïàòðèê Ìîäèàíî

– Lazım deyil. Sәhәr özüm zәng elәyәrәm. Londonda da
Parisdәki kimi istidirmi?

– Burda havalar yaxşıdır.
– Lap gözәl.
– Sabah sizi Xitrouda qarşılayımmı, ser?
– Yox, ehtiyac yoxdur, mәn hәlә bir neçә gün Parisdә
qalacağam.
– Oldu, ser.
– Bristounu arzu edirәm udasan.
– Sağ olun, ser.
Pencәyimi çıxarmadan ciblәrini boşaltdım. Pasport, xırda
pullar, qeyd kitabçası… Tatsukenin verdiyi çeki açdım. Rәqәmlәr
– 80 min funt, açıq-mavi fonda çәhrayı rәngli qotik işarәlәr indi
mәnә Bristounun telefondakı sәsi kimi xәyali, qeyri-real gәlirdi.
Bir daha geriyә dönmәmәk niyyәtilә Parisdәn gedәli iyirmi il
olurdu vә artıq hәyatımda hәr şey öz qaydasında, dayanıqlı, gözәl
idi… Hәyatımda gizlәdilmәli, qeyri-müәyyәn heç nә yox idi…
Londona gәlәndәn sonra Hammersmitdәki kiçik, darısqal ota-
ğımda yazmağa başladığım “Carvis” haqqında romanlar silsilәsi,
indi, otuz doqquz yaşımda, Tatsukenin ifadәsilә desәk, mәni “yeni
Yan Fleminq”ә çevirmişdi. Xoşbәxt olmaq üçün hәr şeyim vardı.
Arvadım o qәdәr gözәl, elә cazibәdardı ki, naşir onun şәklini
birinci “Carvis”in üz qabığına vurmaq istәdi. Bu gözәl şәkil dә
kitabın uğur qazanmasında az rol oynamadı… Üç gözәl uşağım
var, onların yeganә çatışmazlığı televizora aludә olmalarıdır; Lon-
donda evim, yaşıllıqlar içindә itib-batmış Ratlend-Qeytdә;
Klostersdәki şәhәrәtrafı evim; keçәn il isә çoxdankı arzum
gerçәklәşdi – Monakoda baronessa Orşiyә mәxsus villanı aldım.
Xammersmitdәki çәtin vaxtlarımda ingilis dilini daha yaxşı
öyrәnmәk vә “Qırmızı novruzgülü”nün peripetiyalarından ilham-
lanaraq “Carvis”lәri yazmaq üçün Orşinin romanlarını oxumaqdan
   329   330   331   332   333   334   335   336   337   338   339