Page 329 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 329
Èòèðèëìèø äöíéà 329

– Burada utanmalı heç nә yoxdur, müsyö Qayz. Siz Piter
Çeyni vә Ən Fleminqin yoluyla gedirsiniz. – O, brilyant qıfıllamalı
qızıl portsiqarını mәnә uzatdı.

– Tәşәkkür edirәm. Yazmağa başlayandan bәri çәkmirәm.
– Fransız dilini necә öyrәnmisiniz?
– Mәn Fransada doğulmuşam, iyirmi yaşımacan burada
yaşamışam. Sonra Fransanı tәrk etmәli oldum vә ingiliscә yazmağa
başladım.
– İngiliscә yazmaq çәtin gәlmirmi sizә?
– Yox, ingilis dilini yaxşı bilirdim. Anam ingilisdir. Parisә
çoxdan gәlmişdi. Müzik-holl rәqqasәsiydi.
– Ananız… girl idi? (girl – burada müzik-holl rәqqasәsi (ing.))
– Hә. Özü dә Parisin әn gözәl girl-lәrindәn biri…
O, gözünü üzümә zillәyib, uzun-uzadı baxdı – baxışlarında
hәyәcan vә mәrhәmәt ifadәsi vardı.
– Çox şadam ki, görüşü mәnim doğma şәhәrimә salmısınız, –
dedim.
– Gәrәk müqavilәni vә çeki poçtla Londona göndәrәydim…
– Yox-yox… Parisә qayıtmaq üçün mәnә bәhanә lazım idi…
İyirmi ildir ki, ayağım buralara dәymir…
– Siz Fransadan niyә getmisiniz ki?
Cavabdan yayınmaq üçün ümumi, qeyri-müәyyәn sözlәr
axtarıb-tapmağa çalışırdım.
– Hәyat – dövrlәrin bir-birini әvәzlәmәsi demәkdir… O, hәr-
dәn sәni üzәrinә “getmәk” yazılmış hücrәnin yanına gәtirib çıxa-
rır. Parisә düşdüyüm vaxtdan mәnә elә gәlir ki, sanki Embrouz
Qayz adında adam artıq yoxdur.
– Parisdә qohumlarınız qalıbmı?
– Heç kәsim yoxdur.
O, bir anlığa tәrәddüd etdi, sanki axmaq bir söz demәkdәn
qorxurdu.
   324   325   326   327   328   329   330   331   332   333   334