Page 328 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 328
Ïàòðèê Ìîäèàíî

O, kreslosunun ayağının yanına qoyduğu dәri qovluğu götürüb,
içindәn bir qalaq kağız-kuğuz çıxardı.

– Bu müqavilәlәri imzalamağınız lazımdır… Mәtn yaponcadır,
ingilis dilinә dә tәrcümә olunub… Siz artıq sәnәdlәrin mәzmu-
nundan xәbәrdarsınız… Oxumadan da imzalaya bilәrsiniz…

Burada üç anlaşmadan söhbәt gedirdi: “Carvis”in komikslәr
seriyası şәklindә nәşr edilmәsi, onun әsasında televiziya serialının
çәkilmәsi, nәhayәt, Tokionun “Kumixira” universamları üçün
“Carvis”in bәzi epizodlarından istifadә etmәklә hazırlanacaq
oyuncaqların, geyimlәrin vә çeşidli suvenirlәrin istehsalı.

– Müsyö Qayz, doğrusu, Yaponiyada hәmvәtәnlәrimin sizin
kitablarınıza bu dәrәcәdә maraq göstәrmәsini anlamaqda çәtinlik
çәkirәm…

– Elә mәn dә.
O, platin qәlәmi әlimә verdi. Müqavilә mәtninin bütün
sәhifәlәrinә ayrı-ayrılıqda qol çәkdim. Sonra o, gözәl qotik şriftlә
yazılmış solğun-mavi rәngli çeki mәnә uzatdı.
– Götürün, – dedi. – Bu üç anlaşmaya görә sizin üçün rәhbәr-
likdәn sәksәn min funt avans qopara bildim.
Çeki fikirli-fikirli qatlayıb cibimә qoydum. O, kağızları
qaytarıb, qovluğa qoydu vә zәncirbәndini bağladı.
– Hәr şey qaydasındadır, müsyo Qayz?.. Razı qaldınızmı?
– Yәqin, düşünürsünüz ki, mәnim әsәrlәrim aşağı sәviyyәli
әdәbiyyatdır, hә?
– Bu, әdәbiyyat deyil, müsyö Qayz. Nәsә başqa şeydir.
– Sizinlә tamamilә razıyam.
– Doğrudan?
– İyirmi il әvvәl, “Carvislәr” seriyasını yazmağa başlayanda,
vecimә deyildi ki, bunlar yaxşı kitablar olacaq, yoxsa pis, mәnә
işlә mәşğul olmaq lazım idi, vәssalam. İtirilmiş vaxtın yerini
doldurmaq!
   323   324   325   326   327   328   329   330   331   332   333