Page 319 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 319
Èòèðèëìèø äöíéà 319
Dominikaya ithaf olunur
1
Fransız danışığını eşitmәk adama qәribә gәlir. Tәyyarәnin
trapıyla enәrkәn ürәyim yüngülcә sızladı. Gömrükxananın önündәki
növbәdә solğun-göy rәngli, üzәrindә iki qızılı şir tәsviri – ikinci
vәtәnimin emblemi olan indiki pasportumu nәzәrdәn keçirirdim.
Vә çoxdan, on dörd yaşım tamam olanda Fransız Respublikasının
adından mәnә verilmiş tünd-göy üzlüklü digәr pasportumu
xatırlayırdım.
Otelin adresini sürücüyә dedikdәn sonra onun mәni söhbәtә
çәkәcәyindәn ehtiyatlanırdım, – axı öz dilimdә düz-әmәlli danış-
mağı yadırğamışdım. Ancaq o, yolboyu kәlmә belә kәsmәdi.
Parisә Port-Şamperre küçәsilә gәldik. Bazar günü, günorta
saat ikidә. Adamsız küçәlәr iyul günәşinin işığına qәrq olmuşdu.
Paris sanki bombalanmış vә adamları qaçıb dağılmış xәyalat
şәhәrә oxşayırdı. Bәlkә, elә evlәrin fasadı arxasında hәr yer uçu-
lub-dağılıb? Taksi sәssizcә sürәt yığırdı – adama elә gәlirdi ki,
motor sönüb, tәkәrlәr Malzerb bulvarının enişi ilә öz-özünә
diyirlәnir.
Hoteldәki otağımın pәncәrәsi Kastilyone küçәsinә açılırdı.
Mәxmәr pәrdәlәri çәkib, yuxuya getdim. Yuxudan axşam saat
doqquzda ayıldım.
Restoranda şam elәmәk üçün aşağı endim. Hәlә qaranlıq çök-
mәmişdi, ancaq divar şamdanlarından düşәn gur işıq zalı doldur-
muşdu. Qonşu stolda amerikalı әr-arvad oturmuşdu: sarışın qadın
qara gözlük taxmışdı, kişi isә smokinqә bәnzәr dama-dama dar