Page 315 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 315
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 315
Amma biz girdik. Qonaq otağındakı telefonla kimsә zәng
çalırdı. Qabardin plaşlı qarabuğdayı bir adam yemәk otağındakı
yemәk masasının kәnarında oturmuşdu. Qardaşımla mәni gördü.
Yaxınlaşdı.
– A-a... Uşaqlar gәldi... bu sizsiniz? – Vә tәkrar etdi: – Uşaqlar
sizsiniz, hә?
O bizi qonaq otağına apardı. Telefonla danışan adam dәstәyi
yerinә qoydu. Bәstәboy, enlikürәk, qara gödәkcәli birisiydi. O da
elә qarabәniz kişi kimi dedi:
– A-a... Uşaqlar gәldi... – Vә üzünü ona tutdu: – Sәn bunları
Versal komissarlığına aparmalı olacaqsan... Paris cavab vermir...
İrigöz polis nәfәri dedi ki, bu, çox ciddi mәsәlәdir. Mәn balaca
Elenin pulqabısında saxladığı balaca vәrәqi xatırlayırdım: “HAVA
GİMNASTI ELEN TOŞ CİDDİ XƏSARƏT ALIB”. Onun dalınca
getdim ki, necә yeridiyinә baxam. Hәmişә belә axsamırdı.
– Sizin valideynlәriniz hardadır? – deyә qabardin plaşlı adam
soruşdu.
Fikirlәşirdim ki, ona nә cavab verim. İzah etmәk çox çәtin
idi. Anni dә Janna d’Ark mәktәbinin müdirәsinә özünü mәnim
anam kimi tәqdim edәndәn sonra, bunu mәnә demişdi.
– Sәn bilmirsәn valideynlәrin hardadır?
Anam öz tamaşalarıyla hardasa Şimali Afrikada qastroldaydı.
Atam ya Brazzavildә, ya Banqada, ya bәlkә bir az da uzaqda idi.
Nәsә, çox çәtin mәsәlәydi.
– Ölüblәr, – dedim.
O diksindi. Qaşlarını çatıb, mәnә baxdı. Deyәsәn, qәflәtәn
qorxmuşdu mәndәn. Dәri gödәkcә geymiş adam da ağzını ayırıb,
anlamırmış kimi mәnә baxırdı. Qonaq otağına iki polis nәfәri
girdi.
– Axtarışlara davam edәk? – deyә, onlardan biri qabardin
plaşlı kişidәn soruşdu.