Page 312 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 312
Ïàòðèê Ìîäèàíî

Ertәsi gün cümә axşamı idi. Mәktәbә getmәli deyildim (әv-
vәllәr Fransada cümә axşamları mәktәblәrdә dәrs olmurdu). Nә-
zarәtçi qadın sәhәr yemәyini otağımıza mәcmәyidә gәtirdi. Biz
ona tәşәkkür etdik.

Fredenin qardaşı oğlu hәmin cümә axşamı gәlmәdi. Biz
pәncәrәlәrinin taxtası kip örtülü evin bağında oynadıq. Orda bir
salxımsöyüd bitirdi, bağın axırında isә bambuk çәpәr vardı ki,
onun arasından “Robin Qud” restoranının terrası vә ofisiantların
şam yemәyi üçün qab-qacaq düzdüyü masalar görünürdü. Biz
isә günorta buterbrod yedik. Onları nәzarәtçi qadın hazırlamışdı.
Buterbrodlarımızı bağın stullarında oturub yeyirdik, elә bil pik-
nikdәydik. Axşam hava gözәl idi vә biz şam yemәyini dә bağda
yedik. Qadın bizә yenә vetçina vә pendir buterbrodları düzәltmişdi.
Desert kimi adama bir tikә alma piroqu da verdi. Vә bir dә koka-
kola.

Şam yemәyindәn sonra Anni gәldi. Biz pijama vә xalatlarımızı
geyib, onunla gәzmәyә çıxdıq. Bu dәfә biz yolun qarşı tәrәfinә
dә keçdik. Parkın yanında adamlar gördük vә onlar әynimizdәki
xalata tәәccüblә baxdılar. Anni özünün köhnә dәri gödәkcәsindә
vә cins şalvarda idi. Vağzalın qabağından keçdik. Fikilәşdim ki,
bax belәcә, xalatda qatara minib, Parisә dә gedә bilәrik.

Biz qayıdanda Anni evin qabağındakı bağda bizi öpüb,
hәrәmizә bir dәnә ağız qarmonu verdi.

Gecәnin ortasında yuxudan oyandım. Maşın sәsi gәlirdi.
Ayağa durub, pәncәrәyә yaxınlaşdım. Qadın taxtaları bağlamamışdı,
sadәcә, qırmızı pәrdәlәri endirmişdi.

Düz qarşımda bizim qonaq otağının yekә pәncәrәsi işıqlanırdı.
Roje Vensanın üstünün qara çadırı örtülmüş maşını evin qarşısında
durmuşdu. Küçәnin qarşı tәrәfindә, protestant kilsәsinin qabağında
dayanmış brezent çadırlı kiçik yük maşınının mühәrriki asqıra-
asqıra durmuşdu. Sonra mühәrrik susdu. Yük maşınından iki
   307   308   309   310   311   312   313   314   315   316   317