Page 308 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 308
Ïàòðèê Ìîäèàíî

Gәrәk elә edәydim ki, mәni bu kollecdәn çıxaraydılar vә
mümkün qәdәr tez, – onlardan can qurtarmağın başqa yolunu
görmürdüm. Bir gün sәhәr mәn dәrsdәn qaçdım vә bundan is-
tifadә edib Şantiyye, Mortfonten, Ermenovil vә Şaali abbatlığında
oldum. Kollecә naharda qayıtdım. Direktor mәnә elan elәdi ki,
kollecdәn xaric edilmişәm, amma valideynlәrimlә әlaqә saxlamaq
mümkün olmayıb. Atam artıq neçә ay idi ki, Kolumbiyada idi,
dostunun mәslәhәtiylә qızılla bol olan sahә axtarırdı; anam isә
İsveçrәdә, hardasa La-Şon-de-Fon yaxınlığında qastrolda idi.
Mәni hamıdan tәcrid edib, tibb mәntәqәsindә yerlәşdirdilәr –
dalımca kimsә gәlәnә kimi. Başqa uşaqlarla bir yerdә dәrsә
getmәk, nahar etmәk dә qadağan idi. Diplomatik toxunulmazlığın
bu növü mәnim tәhlükәsizliyimi tam tәmin edirdi, nә qardaşlar,
nә qohumlar, nә “Fransanın birinci tüfәngi” mәni artıq tәhdid
edә bilmәzdi. Hәr axşam yatmağa uzananda, yoxlayırdım ki,
görüm timsah dәrisindәn olan portsiqarım balışımın altındadırmı.

Sonuncu dәfә portsiqar diqqәti çox illәr sonra cәlb etdi.
Axırda mәn Anninin hәr günümü dәftәrә yazmaq barәdә mәslәhәtinә
qulaq asdım: onda mәn ilk kitabımı yenicә bitirmişdim. Vaqram
küçәsindәki kafenin barında, piştaxta qabağında әylәşmişdim.
Yanımda tәxminәn altmış yaşında, qarasaç, gözәl sağanaqlı
eynәyi, sәliqәli kostyumu, baxımlı әllәri olan bir kişi durmuşdu.
Mәn bir neçә dәqiqә ona baxdım, heç cür başa düşә bilmirdim
ki, bu şәxs kim ola bilәr, bu hәyatda başına nәlәr gәlib.

Baxmayaraq ki, burda siqaret satılmırdı, o, ofisiantdan bir qutu
siqaret istәdi, Mәn timsah dәrisindәn olan portsiqarımı ona uzatdım.

– Tәşәkkür edirәm, müsyö.
Siqaret götürdü. Baxışları portsiqara zillәnmişdi.
– İcazә verәrsiniz?
Aldı onu mәndәn. Qaşlarını çatıb, uzun müddәt әlindә hәrlәdi.
– Mәndә bunun eynisi vardı.
   303   304   305   306   307   308   309   310   311   312   313