Page 309 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 309
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 309

O, portsiqarı mәnә qaytardı vә diqqәtlә üzümә baxdı.
– Bu bizdәn oğurlanan seriyadandır. Sonralar bu modeldәn
daha satmadıq. Siz çox nadir, kolleksiya nüsxәsinin sahibisiniz,
müsyö...
O, gülümsünürdü. Keçmişdә Yelisey düzündә dәri mallar satan
böyük bir mağaza-salonun müdiri olmuşdu, indi isә tәqaüddә idi.
– Bu portsiqarlar da onlara azlıq etmişdi, bütün mağazanı
süpürüb aparmışdılar.
Elә gülümsünә-gülümsünә mәnә sarı әyildi.
– Heç elә düşünmәyin ki, sizdәn şübhәlәnirәm... Siz onda çox
cavan olardınız...
– Bu çoxdan olub?
– Tәxminәn on beş il qabaq.
– Onları hәbs edә bildilәr?
– Hamısını yox. Bu adamlar o oğurluqdan qat-qat ciddi
cinayәtlәr törәtmişdilәr...
Qat-qat ciddi... Mәn artıq bu ifadәni bilirdim. Hava gimnastı
Elen Toş CİDDİ XƏSARƏT alıb. Vә iri, mavi gözlәri olan cavan
oğlan da mәnә sonra dedi: HƏ, BU ÇOX CİDDİDİR.
Kafedәn çıxanda, mәn Vaqram küçәsiylә gedәrkәn qәribә,
hәyәcanlı bir vәziyyәtdә idim. Uzun müddәt әrzindә mәn ilk
dәfә idi ki, Anninin varlığını duyurdum. Hәmin axşam o mәni
izlәyir, dalımca gәlirdi. Roje Vensan vә balaca Elen dә hardasa,
buralarda, bu şәhәrdә idilәr. Əslindә onlar mәni heç vaxt atıb
getmәmişdilәr.

Ağcaxanım bizi qoyub getdi, heç xәbәrdarlıq da etmәdi.
Nahar vaxtı Matilda mәnә dedi:

– Ona görә getdi ki, sәnin nazını çәkmәkdәn bezmişdi,
gicәsula!

Anni çiyinlәrini çәkib, mәnә göz vurdu.
   304   305   306   307   308   309   310   311   312   313   314