Page 298 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 298
Ïàòðèê Ìîäèàíî
cavabını tapmağa çox ehtiyacım vardı. O insanı mәnim atamla
bağlayan hansı tellәr idi? Bәlkә onlar eyni alayda qulluq etmişdilәr?
Ya bәlkә hәlә müharibәyә qәdәr, tәsadüfәn tanış olmuşdular?
Qrezivodan yaxınlığında yaşadığım vaxtlarda Panyonun izlәrinә
düşәrәk bu suallara cavab tapmağa cәhd göstәrdim. Köhnә arxiv-
lәrә yol tapdım. Panyon Parisdә, 10-cu dairәdә, Respublika mey-
danı ilә Cen-Marten kanalı arasındakı mәhәllәdә anadan olmuşdu.
Atam da uşaqlığını 10-cu dairәdә, amma bir qәdәr o yanda, az
qala Otvilldә keçirmişdi. Bәlkә onlar mәktәbdә tanış olmuşdular.
1932-ci ildә Panyon cinayәt mәhkәmәsi tәrәfindәn “qumarxana
saxlamaq” üstündә yüngül cәzaya mәhkum edilmişdi. 1937-ci
ildәn 1939-cu ilәdәk 17-ci dairәdә yerlәşәn bir qarajda işlәmişdi.
“Simka” avtomobillәrinin satışı ilә mәşğul olan, Port-de-Lilada
yaşayan Anri adlı bir agent vә Obervillyedә “Savari” adlanan
maşın kuzovları istehsalıyla mәşğul olan bir şirkәtin emalatxanasına
rәhbәrlik edәn Edmon Deley adlı daha bir nәfәrlә tanış olmuşdu.
Onlar üçlükdә tez-tez görüşürdülәr, hәr üçü avtomobil ticarәtiylә
mәşğul idi. Sonra da müharibә, istila... Anri “qara bazar”a nәzarәt
edәn bir ofis yaratdı – malların satışı üzrә kontor. Edmon Deley
onun katibi, Panyon sürücüsü oldu. Onlar başqa şübhәli tiplәrlә
bir yerdә Ulduz meydanı yaxınlığında, Loriston küçәsindәki
mehmanxanada yerlәşmişdilәr. Bu alçaqlar – onlar haqda atam
belә deyirdi – getdikcә daha rәzil işlәrlә mәşğul olur, hәyatın lap
dibinә düşmüşdülәr: qara bazarda iri fırıldaqlardan başlayıb,
axırda alman polisi ilә әmәkdaşlığa keçdilәr.
Panyonun istintaq materiallarında “Biarritsa tәkәrlәri” adlanan
böyük bir fırıldaqçılıqda da әlinin olduğu üzә çıxdı.
Söhbәt Panyonun bütün әyalәtdәki qaçaqmalçılardan aldığı
çoxlu tәkәrdәn gedirdi. Onları hardasa Bayyon vağzalı tәrәfә
maşın-maşın aparırdı. Artıq altı vaqon bu tәkәrlәrlә dolmuşdu.
İstila nәticәsindә boşalmış Parisdә Panyon rahatca maşın sürürdü,