Page 293 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 293
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 293

bir balaca hündür idim. O, mәnә mehriban, açıq nәzәrlәrlә baxdı,
lap Doktor Durden küçәsindә yaşadığımız vaxtlarda baxdığı
kimi. Jan D. diliylә dodağını yaladı vә yadıma düşdü ki, bunu
bizdә olanda da – hәmişә fikrә gedәndә – edirdi. Onun diliylә
dodaqlarını yalamaq manerası vә düşüncәlәrinә bu dәrәcәdә dә-
rindәn qәrq olmasını mәn sonralar tamam başqa, ona heç bәn-
zәmәyәn birisindә rast gәldim – Emmanuel Berldә (Modianonun
“Emmanuel Berl. İstintaq” әsәrinin qәhrәmanı – tәrcümәçidәn)
gördüm. Vә mәәttәl qaldım.

O susurdu. Mәn dә. Rәfiqәsi bayaqkı kimi kresloda oturub
çarpayının üstündәn götürdüyü jurnalı vәrәqlәyirdi, – onu kresloya
keçәndә, yolüstü götürmüşdü. Yaxşı ki, bu qız burda idi, yoxsa
Jan D. ilә söhbәt dәrinlәşәcәkdi. Bu asan deyildi, gözlәrindәn
oxudum. İlk sözlәrindәn biz sanki tirdәki hәdәfә bәnzәyirdik:
güllә dәyәn kimi, o dәqiqә aşan hәdәfә. Anni, balaca Elen vә
Roje Vensan yәqin ki, hәbsxanaya düşmüşdülәr... Mәn qardaşımı
itirdim. Sap qırıldı. Hörümçәk torunun incә sapı. Bütün bunlardan
heç nә qalmadı...

O, rәfiqәsinә sarı dönüb dedi:
– Burdan әla mәnzәrә açılır... Lap Lacivәrd sahildir...
Pәncәrә dar, kimsәsiz Püje küçәsinә açılırdı. Tindә göy-yaşıl
bar – köhnә “Pendir vә şәrab”dır, barın qarşısında tәnha bir qız
keşik çәkir. Hәmişә eyni qız. Vә hәmişә әbәs yerә...
– Gözәl mәnzәrәdir, elәdir?
Jan D. otağı, hәr gün arxasında yazı yazdığım oyun masasını
nәzәrdәn keçirirdi. Arxasını mәnә çevirmişdi. Rәfiqәsi isә alnını
pәncәrәnin şüşәsinә dirәyib Püje küçәsinә baxırdı.
Onlar mәnә uğur arzulayıb sağollaşdılar. Bir qәdәr sonra
oyun masasının üstündә sәliqәylә qatlanmış dörd dәnә beş yüz
franklıq әsginas tapdım. Mәn onun Fobur Sent-Onore küçәsindәki
kontorunu xeyli axtardım. Əziyyәtim hәdәr getdi. Mәn bir dә
“yaquarlı Uzun”u görmәdim.
   288   289   290   291   292   293   294   295   296   297   298