Page 289 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 289
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 289
çiçәklәmişdi. Vә yenә Doktor Durden küçәsinin bandasıyla yekә
tәkәrin hәlә dә hәrlәndiyi dәyirmana gedirdik. Yenә qәsrin
qabağında çәrpәlәng uçurmağa başladıq. Qardaşımla mәn daha
holla daxil olmaqdan, orda zir-zibili, xәzәllәri tapdalaya-tapdalaya
gәzib-dolaşmaqdan qorxmurduq. Biz qәsrin әn dәrin yerlәrinә
baş çәkirdik, ikilaylı qapısı olan, divarlarına açıq rәngli taxta
panellәr vurulmuş liftin içinә girir, qırmızı oturacağında rahatca
әylәşirdik. Tavan yox idi, işıq ordan düşürdü, şüşәli damdan. Biz
düymәlәri basır vә tәsәvvür edirdik ki, müxtәlif mәrtәbәlәrә
qalxırıq vә o mәrtәbәlәrdә bizi ola bilәr ki, markiz Eliot Zalter de
Kossadın özü gözlәyir.
Lakin hәmin il o görünmәdi. Hava çox isti idi. Milçәklәr mәt-
bәxin divarından asılmış yapışqanlı lentә düşürdü. Ağcaxanım,
Fredenin qardaşoğlusu vә biz meşәdә piknik düzәltdik. O vaxt
qardaşımla mәn әn çox bizim balaca maşınımızın köhnә taxtalar
üzәrindә necә sürüşәcәyiylә daha çox maraqlanırdıq – sonralar
öyrәndik ki, balaca Elen bu maşını dostlarından birinin yarmarkaları
tәşkil edәn tanışı vasitәsilә tapmışdı.
İyulun on dördündә Roje Vensan bizi “Robin Qud”a şam
yemәyinә dәvәt etdi. O, Parisdәn Jan D. vә Andre K. ilә gәlmişdi.
Biz bağda, heykәllәrlә gül kollarının arasında masa tutduq. Hamı
ordaydı: Anni, balaca Elen, Ağcaxanım vә hәtta Matilda. Anni
özünün mavi paltarında idi, qara kәmәr belini büzürdü. Mәn
Andre K. ilә yanaşı oturmuşdum vә istәyirdim ki, ondan әlaqәsi
olduğu Loriston bandası barәdә soruşum, amma ürәk elәmәdim.
Payızda isә... Biz Ağcaxanımla meşәyә, şabalıd dalınca
gedirdik. Valideynlәrimizdәn çoxdan bir xәbәr yox idi. Anam so-
nuncu poçt kartını Tunisdәn göndәrmişdi – quş uçuşu yüksәkliyindәn
şәhәrin mәnzәrәsi. Atam Brazzavildәn yazdı bizә. Sonra Banqadan.
Vәssalam. Daha heç nә. Parta arxasında oturmaq vaxtı çatdı.
Sәhәr gimnastikasından sonra müәllim bizi mәcbur edirdi ki,