Page 285 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 285
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 285

– Uşaqlar, sәsini artırım, yoxsa azaldım? – deyә soruşdu.
Biz ona cavab vermәyә cәsarәt etmәdik.
Cihaz lövhәsindәn gәlәn musiqini dinlәyirdik. Sonra isә bir
qadın boğuq sәslә oxudu.
– Oxuyan Editdir, uşaqlar, – Roje Vensan dedi. – Bizim
tanışımız...
– Sәn Editlә görüşürsәn? – deyә balaca Elendәn soruşdu.
– Hә. Hәrdәn, – balaca Elen cavab verdi.
Biz çox uzun xiyabanla gedirdik, sonra Versala çatdıq. Maşın
yol işığının yanında dayandı vә biz sol tәrәfdәki çәmәnlikdә
güllәrdәn düzәlmiş nәhәng, rәqәmli saatı heyranlıqla seyr edirdik.
– Mәn sizi bir dәfә saraya baxmağa aparacam, – balaca Elen
dedi.

Roje Vensandan xahiş etdi ki, köhnә mebel satılan bir mağazanın
qabağında dayansın.

– Siz isә, uşaqlar, maşında qalacaqsız, – Roje Vensan dedi. –
Yaxşıca göz olun ha...

Biz belә mühüm tapşırıqdan qürrәlәnәrәk sәkinin üstüylә ya-
nımızdan keçәnlәrin hamısına diqqәtlә baxmağa başladıq. Ma-
ğazanın şüşәsindәn görürdük ki, Roje Vensanla balaca Elen qara-
saç, bığlı bir kişiylә söhbәt edirlәr. Yaman uzun danışdılar. Deyә-
sәn, bizi unutmuşdular.

Sonra onlar mağazadan çıxdılar. Roje Vensanın әlindә dәri
çamadan vardı, onu baqaj yerinә qoydu. Sükan arxasına keçdi,
balaca Elen dә yanında oturdu. O, mәnә tәrәf çöndü:

– Bir hadisә baş vermәdi ki?
– Yox... Heç nә olmadı... – dedim.
– Neylәk, lap yaxşı, – Roje Vensan dedi.
Versaldan qayıdarkәn biz axırında kәrpic kilsә olan bir küçәylә
gedirdik. Yaxınlıqdakı boşluqda, avtodromun par-par yanan mey-
dançasının yanında yarmarka çadırları açılmışdı.
   280   281   282   283   284   285   286   287   288   289   290