Page 281 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 281
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 281

Onlar nahardan sonra yemәk otağında qәhvә içirdilәr: Anni,
Matilda, balaca Elen vә Ağcaxanım. Cümә axşamı idi. Biz qar-
daşı oğluyla gәlmәli olan Fredeni gözlәyirdik. Qәrara almışdıq
ki, nahardan sonra mütlәq qәsrә gedib, içinә girmәliyik – atamla
gedәndә necә etmişdiksә, elәcә. Fredenin qardaşoğlusunun yanında
biz bir az da cәsarәtlәnmәli, bu addımı atmağa ürәk etmәliydik.

– Patoş çox oxuyur, – Anni cavab verdi. – Düzdür, Ağcaxanım?
– Öz yaşı üçün hәddindәn çox oxuyur, – Ağcaxanım cavab
verdi.
Qardaşımla mәn hәrәmiz bir tikә qәndi Anninin fincanındakı
qәhvәyә batırdıq – bu qәhvәnin dibindә fala baxmağın әsas şәrti
idi, sonra da dişlәdik. Sonra, onlar qәhvәni içib qurtaran kimi
Matilda boş fincanların içindә gәlәcәyi oxuyacaq, özünün dediyi
kimi, “qәhvәnin dibini”.
– Nә kitab oxuyursan? – deyә, Jan D. mәndәn soruşdu.
Cavab verdim ki, “Yaşıl kitabxana”nı: Jül Verni, “Sonuncu
mogikan”ı... amma daha çox “Üç muşketyor”dan xoşum gәlirdi,
çünki orda Miledinin çiynindә zanbaq damğası vardı.
– Sәnә “Qara seriya”nı oxumaq lazımdır, – Jan D. dedi.
– Sәn nә danışırsan, Jan?.. – Anni gülә-gülә dedi. – Patoş
“Qara seriya” üçün hәlә çox balacadır.
– Vaxtı çatanda “Qara seriya”nı oxuyacaq doyunca, – balaca
Elen dedi.
Görünür, nә Matilda, nә Ağcaxanım “Qara seriya”nın nә
olduğunu bilmirdilәr. Onlar susurdu.

Bir neçә gündәn sonra o yenә Anninin maşınında gәldi. Şam
yemәyinә yaxın idi, yağış yağırdı, Jan D.nin әynindә boynu xәzli
Kanada gödәkcәsi vardı. Qardaşımla mәn yemәk otağında radioya
qulaq asırdıq; Anni ilә bir yerdә onun da otağa girdiyini görüb,
salamlaşmaq üçün ayağa qalxdıq.
   276   277   278   279   280   281   282   283   284   285   286