Page 278 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 278
Ïàòðèê Ìîäèàíî
yanındakı alçaq masaya qoymuşdu. O, qәdәhin birini Roje Ven-
sana uzatdı.
– Patoşla qardaşı burda yaşayır, – Anni dedi.
– Onda, Patoşla qardaşının sağlığına, – deyәrәk, Roje Vensan
qәdәhi qaldırıb, gülümsündü.
Roje Vensandan әn yadımda qalan onun tәbәssümü idi: sanki
dodaqlarında qanad çalırdı tәbәssüm. Roje Vensan elә bil çimirdi
bu tәbәssümdә, bu nikbin bir tәbәssüm deyildi, elә bil bir az xә-
yalpәrәst, sanki üzәrinә yüngül sirr pәrdәsi çәkilmiş tәbәssümdü.
Onun tәbәssümündә, sәsindә, davranışında yumşaq nәsә vardı.
Hәr şeyi sәssiz edirdi. Heç necә gәldiyini dә eşitmirdiniz, çönüb
görürdünüz ki, arxanızda durub. Pәncәrәmizdәn onun amerikan
maşınında necә gәldiyini bir neçә dәfә görmüşük. Sakitcә bizim
evin qabağında saxlayırdı – lәpәdöyәn dә mühәrriki sönmüş
qayığı sahilә belәcә sәssiz çıxarır. Roje Vensan tәlәsmәdәn
maşından düşür – dodaqlarında hәmişәki oynaq tәbәssümü.
Qapını heç vaxt çırpmaz, sakitcә örtәrdi.
Hәmin sәhәr biz yemәyimizi artıq öz mәtbәximizdә, Ağcaxanımla
yemişdik. Matilda bağda iri qızılgül koluyla mәşğul idi – birinci
terrasda, doktor Gilyotenin mәzarı yanında әkmişdi onu.
Mәnim çantam vardı vә Ağcaxanım mәni Janna d’Ark
mәktәbinә, nahardan sonrakı dәrslәrә yola salmağa hazırlaşırdı;
qapının ağzında Anni göründü vә dedi:
– Patoş, dәrslәrini yaxşı oxu...
Onun arxasında balaca Eleni vә gülümsünәn Roje Vensanı
gördüm. Yәqin ki, “Robin Qud”a gedirdilәr, nahar etmәyә.
– Sәn mәktәbә piyada gedirsәn? – Roje Vensan soruşdu.
– Hә.
Hәtta danışanda da gülümsünürdü.
– İstәsәn, maşınla apararam sәni...
– Sәn Roje Vensanın maşınını görmüsәn? – Anni soruşdu.