Page 273 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 273
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 273

Paris sәmtinә istiqamәt götürsә dә biz hәlә uzun müddәt onun
şüşә arxasında tәrpәnәn әlini görürdük...

Qardaşımla mәn qәsrә gecә getmәk qәrarına gәldik. Gözlә-
mәliydik ki, evdә hamı yuxuya getsin. Matilda hәyәtin içәri tәrә-
findәki xırdaca fligeldә yatırdı: onunla rastlaşmaq şansımız yox
idi. Balaca Elenin yataq otağı ikinci mәrtәbәdә, dәhlizin o biri
başında, Ağcaxanımın otağı isә bizimlә yanaşı idi. Dәhlizin par-
keti azacıq cırıldayırdı, amma bizә tәkcә pillәkәndәn enmәk bәs
idi, sonrası daha tәhlükәli deyildi, yol açıqdı. Anni yerinә çox
gec girirdi, ona görә dә biz onun evdә gecәlәmәdiyi günü seçdik
– Anninin “Kerrollz”da ağladığı günü.

Mәtbәx şkafından sarı işığı olan iri, gümüşü fәnәri götürdük.
Paltarlarımızı әynimizә keçirdik. Sviterlәrimizi birbaş pijamaların
üstündәn geydik. Yuxuya getmәmәk üçün, Eliot Zalter, markiz de
Kossaddan danışırdıq. Onun barәsindә növbәylә әn ağlasığmaz
әhvalatlar uydururduq. Qardaşım elә hesab edirdi ki, markizin
qәsrә qayıtdığı gecәlәrdә o, Parisdәn sonuncu qatarla gәlirdi;
otağımızın pәncәrәsi açıq olanda biz bu stansiyaya on ikinin
yarısında çatan qatarın ahәngdar sәsini eşidә bilirdik. Eliot Zalter
çalışırdı ki, özünә diqqәt cәlb etmәsin, elә ona görә dә maşınını
qәsrin darvazası yanında saxlamırdı: Axı bu, şübhә doğura bilәrdi.
Vә gәzmәyә çıxan adi bir adam kimi, gecә öz malikanәsinә gedirdi.

Bir şeyә hәr ikimiz әmin idik: Eliot Zalter, markiz de Kossad
gecәlәr qәsrin hollunda olurdu. Onun gәlişi әrәfәsindә zir-zibili,
xәzәli süpürüb tәmizlәyirdilәr, gedәndәn sonra isә tәzәdәn gәtirib
tökürdülәr ki, heç bir iz qalmasın. Öz sahibinin gәlişi üçün bu
tәdbirlәri görәn isә Metsin meşәbәyisi idi. O, meşәdә, kәndlә
Villakuble aerodromunun arasında yaşayırdı. Biz onu Ağcaxanımla
gәzәndә tez-tez görürdük. Çörәkçinin oğlundan öyrәndik ki, bu
sirri saxlamağı bacaran sadiq nökәrin adı Qroklod imiş.
   268   269   270   271   272   273   274   275   276   277   278