Page 271 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 271
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 271
– Amma qәsr sökülüb gedir ha, – deyә, atam cavab verdi.
Qәsr Doktor Durden küçәsinin sonunda, Janna d’Ark mәktәbiylә
üzbәüz idi. Layları azacıq aralı darvazanın üstündә yarıçürük
lövhә vardı, üstündәki yazını zorla oxumaq olurdu: “Malikanә
Amerika ordusu tәrәfindәn müsadirә edilәrәk general Frenk
Allenin sәrәncamına verilib”. Cümә axşamları biz darvazadan
sivişib keçirdik. Evin qarşısındakı çәmәnliyi ot elә basmışdı ki,
bizim qurşağımıza çıxırdı. İçәrilәrdә 13-cü Lüdovik üslubunda
qәsr görünürdü, fasadın hәr iki yanında iki fligel qabağa çıxırdı.
Sonralar öyrәndim ki, qәsri 19-cu әsrin sonlarında tikmişdilәr.
Biz çәmәnlikdә çәrpәlәng uçururduq – mavi-qırmızı tәyyarә
şәklindә idi. Amma uçmağa başlayana kimi, lap әldәn salırdı
bizi. Qәsrin sağ tәrәfindә şam ağacları bitәn, daş skamyası olan
bir tәpә vardı, Ağcaxanımın orda oturmaqdan xoşu gәlirdi... O,
“Nuar e blan” oxuyur, ya da biz ağaclara dırmaşana kimi nәsә
toxuyurdu. Amma qardaşımla mәnim başımız gicәllәnirdi, yalnız
Frede ağacların lap başına çıxa bilirdi.
Axşamtәrәfi biz Ağcaxanımla bir yerdә tәpәdәn enәn cığırla
düşüb, lap meşәnin içәrilәrinә gedirdik. Mets kәndinә çatırdıq.
Payızda şabalıd yığırdıq. Metsin çörәkçisi sinif yoldaşımın atası
idi vә hәr dәfә çörәkxanaya girәndә, bacısı orda olurdu vә mәn
qızın uzun, qızılı, buruq, az qala topuğuna çatan saçlarına tamaşa
edirdim. Sonra da eyni yolla qayıdırdıq. Alaqaranlıqda fligellәri
qabağa çıxan qәsrin fasadı qorxulu görünürdü, qardaşımla mәnim
ürәyimiz yaman döyünürdü.
– Gedәk qәsrә baxaq?
Biz hәr dәfә naharımızı bitirәn kimi atam bu cümlәni deyirdi.
Vә belәliklә, hәr cümә axşamı biz Doktor Durden küçәsiylә
gedir, sonra aralı darvazadan keçib çәmәnliyә çıxırdıq. Düzdür,
hәmin günlәr atam vә dostlarından hansısa biri bizimlә olurdu:
ya Badel, ya Qordin, ya Styopa, ya da Robert Flay.