Page 266 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 266
Ïàòðèê Ìîäèàíî

Janna d’Ark mәktәbindә çox oxumaq mәnә qismәt olmadı.
Tәnәffüs vaxtı gәzdiyimiz hәyәti asfaltladılar. Tәzә asfaltın qara
rәngi çinar gövdәlәri arasında, yarpaqların yaşıllığı fonunda çox
gözәl görünürdü.

Bir dәfә, necә oldusa, tәnәffüs vaxtı müdirә mәnә yaxınlaşıb
dedi:

– Sәnin ananı görmәk istәyirәm. Ona de ki, bu gün günortadan
sonra, dәrslәr başlayana kimi gәlsin.

Mәnimlә hәmişәki kimi, sәrt danışırdı. Heç sevmirdi mәni.
Neylәmişdim ona, bilmirәm?

Qapının ağzında mәni Ağcaxanımla qardaşım gözlәyirdi.
– Qәribә dәyirsәn gözümә, – Ağcaxanım dedi. – Nәsә olub?
Soruşdum ki, Anni evdәdirmi. Bircә ondan qorxurdum ki,
gecә Parisdәn gәlmәmiş olar.
Xoşbәxtlikdәn çox gec dә olsa, gәlmişdi. İndi dәhlizin sonun-
dakı, pәncәrәlәri bağa açılan otaqda hәlә ki, yatırdı.
Balaca Elenә mәktәb müdirәsinin anamı görmәk istәdiyini
söylәyәndә dedi:
– Get oyat onu.
Qapını döydüm. Cavab gәlmәdi. Fredenin qardaşı oğlunun o
sirli cümlәsi yadıma düşdü: “Anni “Kerrollz”da bütün gecәni
ağlayıb”.
Qapının dәstәyini burub, üsulluca açdım. Otaq işıq idi. Anni
pәrdәlәri çәkmәmişdi. Enli çarpayının lap qırağında tir çәkib
uzanmışdı, istәnilәn an yıxıla bilәrdi. Niyә ortasında uzanmayıb
görәsәn? Əynindә paltar olsa da bir әlini çiyninә qoymuşdu, elә
bil üşüyürdü. Heç evdә geydiyi çәkmәlәrini dә çıxarmamışdı,
köhnә, dәri gödәkcәsi әynindәydi. Əlimi ehtiyatla çiyninә toxun-
durdum. Gözlәrini açdı, qaşlarını çatıb dedi:
– Hә... sәnsәn, Patoş...
   261   262   263   264   265   266   267   268   269   270   271