Page 263 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 263
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 263

Bir dәfә bukinistdә “Paris hәftәsi” qәzetinin 1939-cu il, iyul
tarixli nömrәsini vәrәqlәyirdim: kino, teatr, müzik-holl, kabare
proqramları. Fredenin xırdaca fotoşәklinә rast gәlәndә çox
tәәccüblәndim: o iyirmi yaşında ikәn artıq gecә kabaresi açıbmış.
Bu kiçik proqramı aldım, elә bir әşyayi-dәlil, gözlә görünәn bir
şahid ifadәsi әlә keçirdim ki, bütün bunları yuxuda-zadda
görmәmişdim.

Orda belә yazılıb:

SİLUET
Notr-Dam-de-Loret küçәsi, 58
Monmartr. TRİ 64-72
Saat 22-dәn dan yeri sökülәnәdәk
FREDE özünün qadınlar üçün kabare-dansinqinә dәvәt edir.
DON MARİO İsveçdәn qayıdıb
Mәşhur orkestr Betty and the nice boys (Betti vә oğlanlar –
ingiliscә)
Gitaraçı İsidor Lanqlua

Vә mәn bircә dәqiqәlik o zamanların Fredesini xatırlayıram –
qardaşımla mәktәbdәn qayıdanda bağda gördüyümüz Fredeni:
balaca Elen kimi o da sirk artistiydi, sirk dünyası isә bizim üçün
sirlәri çırağa dönmüş, güclü işıq saçan bir şey idi. Bizim heç
şübhәmiz yox idi ki, Fredenin Parisdә öz sirki var, Medranodakından
bir az balaca, amma eynәn onun kimi qırmızı-ağ zolaqlı çadırı
olan bir sirk, adı da “Kerrollz”dur. Bu söz Anni ilә Fredenin ağ-
zından tez-tez çıxırdı; “Kerrollz” – Pontye küçәsindәki kabaredir,
– lakin mәnim gözlәrimin qabağına qırmızı-ağ çadırlı şapito
sirki, tәlim görmüş heyvanlar vә onların tәlimçisi; әynindә incә,
gözәl gödәkcәsi olan Frede gәlir.

Hәrdәn cümә axşamları Frede bizimlә hәmyaş olan qardaşı
oğluyla gәlirdi. Biz dә nahardan sonra birlikdә oynayırdıq. ”Kerrollz”
   258   259   260   261   262   263   264   265   266   267   268