Page 267 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 267
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 267
Anni müdirәylә Janna d’Ark mәktәbinin hәyәtindәki çinarların
altında gәzişirdi. Müdirә mәnә tapşırmışdı ki, söhbәtlәri bitәnә
kimi mәktәbin hәyәtindә gözlәyim. Saat ikiyә beş dәqiqә qalmış
zәng çalındı, uşaqlar sinfә qayıtdılar, indi onların sinifdә, parta
arxasında mәnsiz necә oturduqlarına şüşәdәn baxırdım, amma
yaxınlaşa bilmirdim. Müdirәylә Anninin nә barәdә söhbәt etdiyini
bilmәk istәyirdim, amma yaxınlaşmağa cәsarәtim çatmırdı.
Anninin әynindә köhnә dәri gödәkcә vә kişi köynәyi vardı.
Sonra o müdirәdәn aralandı, mәnә yaxınlaşdı. Divardakı kiçik
qapıdan birbaş Doktor Durden küçәsinә çıxdıq.
– Mәnim yazıq Patoşum... Onlar qovdular sәni...
Ağlamaq istәyirdim, amma başımı qaldırıb görәndә ki, gülüm-
sünür, sakitlәşdim.
– Sәn pis şagirdsәn... elә mәnim kimi...
Hә, arxayın idim ki, danlamayacaq, amma mәnә çox ciddi
gәlәn bir hadisәnin onda tәbәssüm doğurması bir balaca
tәәccüblәndirdi mәni.
– Narahat olma, Patoş... Başqa mәktәbә gedәrsәn.
Düşünmürәm ki, mәn istәnilәn başqa şagirddәn pis idim.
Janna d’Ark mәktәbinin müdirәsi, heç şübhәsiz, mәnim ailәm
barәdә mәlumat toplamışdı. Aydınlaşdırmışdı ki, Anni mәnim
anam deyil. Anni, balaca Elen, Matilda vә üstәlik hәlә Ağcaxanım
– qәribә ailә idik... O qorxurdu ki, mәn sinif yoldaşlarıma pis
tәsir göstәrәrәm. Bizdәn niyә şübhәlәnmişdi? Hәr şeydәn әvvәl,
Anninin yalan söylәdiyinә görә. Müdirәni elә bu yalan ayıltmışdı:
Anni öz yaşından cavan görünürdü deyә, әn yaxşısı, gәrәk
deyәydi ki, böyük bacımdır... Bir dә dәri gödәkcәsi, xüsusilә dә
o zamanlar nadir olan sürtülmüş cins şalvarı... Matildadan şüb-
hәlәnmәk üçünsә heç bir әsas yox idi. Yaşlı qadındır – bütün adi
qadınlar kimi, geydiyi dә yalnız tünd şeylәr, köynәyini kameyalarla
sancaqlayır, danışığı da bütün nimalılar kimi... Balaca Elen isә