Page 272 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 272
Ïàòðèê Ìîäèàíî
Ağcaxanım özünün hәmişәki yerinә, şam ağaclarının arasındakı
daş skamyaya otururdu. Atam qәsrә yaxınlaşıb fasada, bağlı,
hündür pәncәrәlәrә baxırdı. Giriş qapısını itәlәyirdi vә biz yerә
tökülmüş zibil qalaqlarının vә xәzәlin arasından daş döşәmәni
görürdük. Hollun içәri tәrәflәrindә liftin barmaqlıqları da görünürdü.
– Hә, mәn bu qәsrin sahibiylә tanış idim, – atam deyirdi.
O, gözәl başa düşürdü ki, qardaşımla mәnim üçün bütün bunlar
çox maraqlıdır. Elә ona görә dә birinci dünya müharibәsi dövründә,
iyirmi yaşı olarkәn qәhrәman tәyyarәçi kimi tanınmış Eliot Zalterin
– markiz de Kossadın başına gәlәnlәrdәn danışırdı. Sonra o,
argentinalı bir qadınla evlәnәrәk, armanyak kralına çevrilmişdi.
– Armanyak, – atam dedi, – Zalterin, markiz de Kossadın is-
tehsal etdiyi, gözәl şüşәlәrә süzüb maşın-maşın satdığı spirtli iç-
kidir. Mәn ona maşınları boşaltmağa kömәk edirdim, – atam da-
nışırdı. – Sonra da qazanılan pulları sayırdıq. O, bu qәsri öz pu-
luyla almışdı. Müharibәnin axırında isә arvadıyla bir yerdә yoxa
çıxdı, amma yüz faiz ölmәyib vә günlәrin birindә mütlәq qayıdacaq.
Atam giriş qapısına içәri tәrәfdәn yapışdırılmış xırda bir elanı
ehtiyatla qopardı, mәnә verdi. Mәn elә indi dә orada yazılanları
әzbәrdәn deyә bilәrәm:
Qanunsuz gәlirlәrin müsadirәsi.
Çәrşәnbә axşamı, 23 iyul, saat 14-dә,
Mets kәndindә.
İçәrisindә qәsri vә 300 hektar
meşәsi olan әla malikanә.
– Uşaqlar, bu qәsrdәn yaxşıca muğayat olun, – atam deyirdi.
– Markiz hamının güman etdiyindәn dә tez qayıdacaq...
Vә hәmin gün ona sürücülük edәn dostunun maşınına
oturmamışdan, fikirli-fikirli әlini yellәyirdi bizә vә maşın artıq