Page 275 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 275
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 275

vә açıq rәngli gözlәrinin arxasında axtardığım hәmin o dәliqanlını
burda aydın görәcәkdim.

Ayaqqabılarımızı әlimizә alıb, barmaqlarımızın ucunda pillәkәnlә
düşürdük. Mәtbәxdәki zәngli saatda on ikiyә iyirmi beş dәqiqә
işlәmişdi. Biz giriş qapısını, Doktor Durden küçәsinә çıxan
barmaqlıqlı alaqapını arxamızca ehtiyatla örtürdük. Sәkinin qıra-
ğında oturub, ayaqqabılarımızı geyir, bağlarını möhkәm-möhkәm
bağlayırdıq. Qatarın sәsi getdikcә daha aydın eşidilirdi. Bir neçә
dәqiqәdәn sonra o, stansiyaya daxil olacaq vә perrona yalnız bir
sәrnişin düşürәcәk: Eliot Zalteri, markiz de Kossadı vә armanyak
kralını.

Aydın, ay-ulduzlu gecәlәri seçirdik. Ayaqqabılarımızın bağı
möhkәm çәkilib, fәnәr pijama gödәkcәsiylә sviterin arasında
gizlәnib, indi isә qәsrә tәrәf getmәk lazımdır. Ay işığına qәrq
olmuş boş küçә, tam sakitlik vә evimizi birdәfәlik tәrk etdiyimizlә
bağlı hissiyyat – bütün bunlar bizi addımlarımızı yavaşıtmağa
mәcbur edir. Tәxminәn әlli metr gedәndәn sonra geri dönürdük.

İndi biz ayaqqabılarımızın bağını açır vә giriş qapısını
arxamızca bağlayırdıq. Mәtbәxdәki saatda on ikiyә iyirmi dәqiqә
qalır. Mәn fәnәri tәzәdәn mәtbәx şkafına qoyuram vә barmaqla-
rımızın ucunda pillәlәri qalxırıq.

Çarpayılarımız yanaşı idi vә yatağa girәn kimi, bir yüngüllük
hiss edirdik. Markiz barәdә yavaşdan söhbәt edirdik vә bu süjet
hәr dәfә yeni-yeni tәfәrrüatlarla zәnginlәşirdi. Artıq gecә yarısından
keçmişdi vә orda, hollda Qroklod ona şam yemәyi verirdi. Gәlәn
dәfә Doktor Durden küçәsiylә bir az da uzağa gedәcәyik. Şikәstlәr
evinә çatacağıq. Növbәti dәfә isә bir az da uzağa – fermaya, bәr-
bәrxanaya. Vә belәcә, hәr gecә bir az da uzağa. Vә axırda cәmi
qırxca metr qalacaq ki, qәsrin dәmir darvazalarına yaxınlaşaq.
Ondan sonrakı dәfә isә... Axırda yuxu bizi aparırdı...
   270   271   272   273   274   275   276   277   278   279   280