Page 282 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 282
Ïàòðèê Ìîäèàíî

– Bilirsәn, – Jan D. mәnә dedi. – Sәnә “Qara seriya”nı gәtir-
mişәm.

Gödәkcәsinin cibindәn qara-sarı üzlü kitabı çıxarıb, mәnә
uzatdı.

– Patoş, inanma ona... – Anni dedi. – O, zarafat elәyir. Bu
kitab sәnin üçün deyil...

Jan D. mәnә geniş açılmış gözlәriylә baxırdı, baxışı zәrif vә
kәdәrli idi. Hәrdәn mәnә elә gәlirdi ki, o, elә bizim kimi uşaqdır
hәlә. Anni tez-tez onunla elә bizimlә danışdığı kimi danışırdı.

– Yox, әşşi... – Jan D. cavab verdi. – Mәn әminәm ki, bu kitab
sәnin xoşuna gәlәcәk.

Onu pәrt etmәmәk üçün kitabı götürdüm vә elә indi dә sarı-
qara kağız üz qabığı görәndә Jan D.nin gәtirdiyi kitabı xatırlayıram.
Qardaşımla mәnә kitabın adını sakit sәslә, bir az da uzadaraq
söylәmәsi indi dә qulaqlarımda әks-sәda verir: “Pul götürmürük”.

Bu elә o gün olmuşdumu? Yağış yağırdı. Ağcaxanımla bir
yerdә mәktub üçün zәrf dalınca getdik. Biz evdәn çıxanda qapı-
mızın ağzında dayanan balaca maşında Anni ilә Jan D. oturmuşdu.
Nәyisә müzakirә edirdilәr, söhbәtә başları elә qarışmışdı ki, bizi
görmәdilәr. Amma mәn hәr halda onlara әl elәdim. Jan D. gö-
dәkcәsinin yaxalığını qaldırmışdı. Qayıdanda onlar hәlә dә ma-
şında idi. Onlara yaxınlaşdım, amma mәni görmәdilәr. Nәdәnsә
qayğılı-qayğılı danışırdılar.

Balaca Elen qonaq otağında pasyans düzür, radio dinlәyirdi.
Matilda yәqin ki, öz yerinә getmişdi. Qardaşımla mәn dә otağımıza
qalxdıq. Mәn pәncәrәdәn yağışın altında durmuş balaca maşına
baxırdım. Onlar maşında belәcә, düz şam yemәyinә kimi oturub
söhbәtlәrini elәdilәr. Görәsәn, nә sirlәri vardı?

Roje Vensan vә Jan D. tez-tez bizә Andre K. ilә şam etmәyә
gәlirdilәr. Qalan qonaqlar adәtәn yemәkdәn sonra tәşrif buyururdu.
   277   278   279   280   281   282   283   284   285   286   287