Page 296 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 296
Ïàòðèê Ìîäèàíî

üçün olduğunu anlamadığım daha bir şey götürsün: bu timsah
dәrisindәn qәhvәyi portsiqar idi.

– Al, Patoş... Bunu sәnә bağışlayıram... Gәlәcәkdә sәnә lazım
olar.

Mәn timsah dәrisindәn olan portsiqarı әlimdә tutub baxırdım.
Qıraqları dәmirdәn idi, içindә açıq rәngli tütündәn iki dәnә qiya-
mәt iyi olan siqaret vardı. Onları portsiqardan çıxardım, elә hә-
diyyәsinә görә Anniyә tәşәkkür edib, siqaretlәri qaytarmaq is-
tәyirdim ki, yandan onun sifәtini gördüm. Yanağından göz yaşı
yuvarlandı. Mәn bir söz demәyә cәsarәt etmәdim vә beynimdә
Fredenin qardaşoğlusunun sözlәri dolaşdı: “Anni bütün gecәni
“Kerrollz”da göz yaşı töküb”.

Portsiqar әlimdә gözlәyirdim. Mәnә tәrәf çöndü. Gülümsü-
nürdü.

– Xoşun gәlir?
Vә maşın sürәtlә yerindәn qopdu. Onun bütün hәrәkәtlәri sәrt
idi. Hәmişә kişi şalvarı, gödәkcәsi geyirdi. Paltarını yalnız
axşamlar dәyişәrdi. Onun açıq rәngli saçları daim qısa olardı.
Lakin onda o qәdәr qadın yumşaqlığı, qadın kövrәkliyi vardı ki...
Yolboyu mәn elә hey bu balaca maşında Jan D. ilә yağışın
altında oturanda üzündәki ciddi ifadәni xatırlayırdım.

Mәn bu mәhәllәyә bir dә tәxminәn iyirmi beş il әvvәl qayıtdım
vә elә onda da yenә Jan D. ilә rastlaşdım. İyul vә avqust aylarında
mәn Qrezivodan yaxınlığındakı kiçik mansardada yaşayırdım.
Çarpayım lap әlüzyuyanın yanındaydı. Qapı da elә burdaydı vә
otağa girmәk üçün gәrәk çarpayının üstündәn aşaydın. Mәn ilk
kitabımı bitirmәyә çalışırdım. Vә hardasa 17-ci dairәnin әrazisindә,
Nöyyi vә Levalluada gәzib-dolaşırdım – Anninin qardaşımla
mәni boş günlәrimizdә apardığı yerlәrdә. Paris, yoxsa şәhәrәtrafı
olduğunu demәyә çәtinlik çәkdiyim bütün bu yerlәrdә gәzirdim,
özü dә indi dairәvi yolun tikintisiylә әlaqәdar şәhәrin xәritәsindәn
   291   292   293   294   295   296   297   298   299   300   301