Page 224 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 224
Ïàòðèê Ìîäèàíî
yaxşı, kimin pis olduğunu araşdırmağa onların vaxtı-macalı yox
idi. Qonşular onun cәsәdini kölgәli cökә ağacından bir az aralıda
basdırdılar, ondan qalan az-maz şeyi – sәnәdlәrini vә şlyapasını
polisә tәhvil verdilәr.
Feliks Hartlaub. Frido Lyampe kimi Bremendә doğulmuş
başqa bir alman yazıçısı.
1913-cü ildә doğulmuş, işğal vaxtı tale onu Fransaya gәtirib
çıxartmışdı. O, bu müharibәyә vә boz-yaşıl formaya nifrәt edirdi.
Mәn onun barәsindә çox az şey bilirәm. Haçansa bir fransız jur-
nalında “Von Unten Gesehen” adlı balaca cildindәn parça oxu-
muşdum (qoruyub saxlaması üçün әsәrin әlyazmasını 1945-ci
ilin yanvarında bacısına vermişdi). Jurnalda çap olunmuş parçanın
adı “Qeydlәr vә tәәssüratlar” adlanırdı. O, Paris vağzalındakı bir
restorandan, Xarici İşlәr Nazirliyinin binasındakı yüzlәrlә toz
basmış boş kabinetdәn, orda alman xidmәt orqanlarının necә
yerlәşmәsindәn vә söndürülmәmiş büllur qarmaqlı çilçırağın
sәssizlikdә elә hey cingildәmәsindәn yazır. Axşamlar libasını
dәyişib mülki paltar geyinir, müharibәni unudub Paris küçәlәrindә
itib-batmaq istәyirdi. Hartlaub öz gecә gәzintilәrindәn birinin
marşrutunu çox әtraflı tәsvir edir. Budur, o “Solferino” stansiyasında
mindiyi metrodan “Trinite” stansiyasında çıxır. Qaranlıq gecә.
İlıq yay havası. O, tutqun evlәrin böyründәn keçib Klişi küçәsiylә
üzüyuxarı gedir. Bordelә girәndә balaca divanın üstünә atılıb
qalmış mәzәli Tirol kepkasını görür. Fahişәlәr bir-bir gәlib keçir-
lәr. “Onların baxışları etinasızdır, hamısı yuxudakı kimi, sanki
yuxu dәrmanının tәsiri altında hәrәkәt edirlәr. Vә hәr şey, – o ya-
zır, – qәribә işıq içindәdir, belә tәәssürat yaranır ki, qaynar bir
şüşәnin arasından tropik akvariuma baxırsan”.
Hartlaubun öz baxışları da etinasızdır. O, hәr şeyә uzaqdan
baxır, sanki müharibәnin coşdurduğu bu dünya vecinә dә deyil
vә ona heç bir dәxli yoxdur. O, gündәlik hәyatın xırda detallarına