Page 222 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 222
Ïàòðèê Ìîäèàíî

Dora bu şәkli anası vә ana nәnәsi ilә çәkdirib. Üçü dә yanaşı
dayanıb. Nәnәsi ortadadır, Sesil Brüderlә Doranın arasında. Sesil
qara geyimdәdir, saçları qısa kәsilib. Nәnә isә güllü-güllü
paltardadır. Qadınlardan heç birinin üzündә tәbәssüm sezilmir.
Doranın әynindә qara – bәlkә tünd-göy? – rәngli qolsuz don, ağ
yaxalıqlı kofta var. Amma bәlkә bu heç don deyil, jilet-yubkadır.
Şәkil aydın çıxmayıb, dәqiqini bilmәk çәtindir. Ayağında ipli
ayaqqabı vә corab var. Saçları çiynindәndir, başındakı lent
saçlarını alnına tökülmәyә qoymur; aşağı saldığı sol әli yumruq
kimi düyünlәnib, sağ әli isә nәnәsinin arxasında olduğundan
görünmür. Başını dik tutub, gözlәri ciddidir, amma dodaqlarında
tәbәssüm sezilir. Bu onun sifәtinә bir az qәmgin, eyni zamanda
nәsә yüngülmәzac bir ifadә verir. Divarın fonunda üç qadın.
Plitә döşәmә görünür, oxşayır ki, bura hansısa ictimai binanın
dәhlizidir. Şәkli kim çәkә bilәrdi? Ernest Brüder? Şәkildә o yox-
dur, amma bu o demәkdirmi ki, artıq hәbs olunub? Hәr necә olsa,
görünәn budur ki, namәlum fotoqrafın qarşısında duracaqları
üçün bayramsayağı bәzәniblәr.

Doranın әynindәki paltar axtarış haqqındakı elanda göstәrilәn
hәmin geyim deyilmi?

Belә şәkillәrdәn hәr ailәdә var. Obyektivә baxdıqları bir neçә
saniyәnin әrzindә onları heç bir tәhlükә gözlәmirdi vә bu saniyәlәr
әbәdiyyәtә çevrilirdi.

Baxırsan vә düşünürsәn: axı ildırım niyә mәhz onları vurdu,
bir başqasını yox? Mәn bu sәtirlәri yazıram vә ağlıma başqa
adamlar, mәnim sәnәt dostlarım, hәmkarlarım gәlir. Mәsәlәn, bu
gün bir alman yazıçısı yadıma düşdü. Onun adı Frido Lyampe idi.

Əvvәlcә mәni sadәcә onun adı maraqlandırmışdı, bir dә ki-
tablarından birinin sәrlövhәsi: “Gecәnin ucunda”. Bu kitab fransız
dilinә iyirmi beş il qabaq çevrilib vә o vaxtlar Yelisey düzündәki
bir kitabxanada rastıma çıxmışdı. Mәn bu yazıçı barәdә heç nә
   217   218   219   220   221   222   223   224   225   226   227