Page 218 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 218
Ïàòðèê Ìîäèàíî
bu adlardan çürümüş dәrinin, tәnbәki tüstüsünün üfunәt iyi gәlir:
Permiye, Fransua, Şveblin, Körperix, Kuqul… Tutqular vaxtı
hәbslәr haqqındakı hәr bir protokolun altında hökmәn öz soyadını
qoymuş “yaxalayıcı agentlәr” deyilәn bu qanun keşikçilәri gәbә-
riblәrmi, yoxsa öz ömürlәrini qoca kaftar kimi başa vurmaqdadırlar?
On minlәrlә protokol mәhv edilib vә biz heç vaxt bu “yaxalayıcı
agentlәr”in adlarını bilmәyәcәyik. Ancaq arxivlәrdә o vaxtkı polis
prefektinә ünvanlanmış vә heç kәsin vecinә almadığı yüzlәrlә,
minlәrlә cavabsız mәktub qalıb. Onlar sübh çağı aviapoçtdakı an-
qarın bir küncündә yaddan çıxmış korrespondensiya çuvalları ki-
mi yarım әsrdir ki, orda elәcә düşüb qalıblar. Bu gün biz onları
oxuya bilәrik. Mәktubların ünvanlandığı şәxslәr onlara diqqәt
ayırmaq istәmirdilәr, indi isә onların adresatları da, qoruyucuları
da bizik – o vaxt hәlә doğulmayan bizlәr.
“Cәnab prefekt, icazә verin Sizә bir xahişlә müraciәt edim.
Mәsәlә mәnim qardaşım oğlu, Fransa tәbәәsi, nәzarәt altında
saxlanan 16 yaşlı Albert Qraudenslә әlaqәdardır…”
“Yәhudilәrin işi üzrә şöbәnin rәisi, yalvarıram mәnim vәsatәtimә
mәrhәmәtlә yanaşasınız vә qızım Nelli Trautmanı Dransi düşәr-
gәsindәn azad edәsiniz…”
“Cәnab polis prefekti, sizdәn dönә-dönә xahiş edirәm ki, mә-
nә heç bir xәbәr bilmәdiyim әrim Zelik Perqirxt barәsindә…”
“Cәnab polis prefekti, narahatlığa görә üzr istәyirәm, rica
edirәm, qızım barәdә mәnә hәr hansı bir mәlumat bildirәsiniz –
madam Jak Levi, qızlıq soyadı Violetta Joel, bu ilin sentyabr
ayında, hardasa ayın onunda demarkasiya xәttini lazımi ulduzu
olmadan keçmәyә cәhd göstәrәrkәn hәbs olunub. Onunla sәkkiz
yaş yarımlıq oğlu Jan Levi…”
Polis prefektinә çatdırılmışdır:
“Yalvarıram, vәsatәtimә mәrhәmәtlә yanaşasınız vә mәnim
üç yaşlı nәvәmi, fransız qadından doğulan, hazırda anasıyla birgә
Dransidә olan Mixael Rubeni azad edәsiniz…”