Page 214 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 214
Ïàòðèê Ìîäèàíî
yoxdur; sәni sevmәyәn, sadәcә bunu bacarmayan vә artıq heç bir
ümid bәslәmәdiyin valideynlәrinlә bütün bağları qırmısan; bu
üsyankar azadlıq vә tәnhalıq hissi o qәdәr kәskindir ki, sevincindәn
az qala nәfәsin kәsilir vә sanki qanadlanıb uça bilәrsәn. Yәqin,
bu mәnim hәyatımda gerçәkdәn öz başımın ağasına çevrildiyim
vә heç kәsdәn asılı olmadığım nadir hallardan biridir.
Amma belә bir hәzz, bu cür şövq uzun sürә bilmәz. Onun
gәlәcәyi yoxdur. Sәni quş kimi uçduğun göydәn vurub salarlar.
Belә düşünürәm ki, qaçmaq – kömәk üçün çağırışdır, haraydır,
bәzәn dә intihar formasıdır. Amma hәr necә olsa, lap az müddәtә
dә olsa, bu vaxt әbәdiyyәti hiss edirsәn – axı sәn tәkcә bu dün-
yayla deyil, hәm dә zamanla әlaqәni qırmısan. Günorta, açıq-
mavi sәma vә sәni başqa heç nә narahat elәmir. Tüilri bağındakı
saatın әqrәblәri hәmişәlik donub. Qarışqalar da elә hey günәşin
lәkәsi boyunca sürünür vә heç cür axıra gedib çatmırlar.
Mәn Dora Brüderi düşünürәm. Özümә deyirәm ki, ona mәnim
qәdәr asan olmayıb – o qaçarkәn indi tәzәdәn öz dincliyini
tapmış dünyada hәr şey mәnim iyirmi il sonra qaçdığım zamanda
olduğu kimi sadә deyildi. 1941-ci ilin dekabrındakı Paris,
komendant saatı, әsgәrlәr, polislәr – hamısı ona qәnim kәsilәrәk
qızı ölümlә tәhdid edirdi. Bütün dünya bu on altı yaşlı qızın
qәsdinә durmuşdu, qız isә heç bunun niyәsini dә bilmirdi. Dora
Brüder kimi tәnha olan o illәrin Parisindәki digәr qiyamçılar al-
manlara qumbara atırdılar, onların eşelonlarını, yığıncaq keçirdiklәri
zalları partladırdılar. Hәmin qiyamçıların yaşı Doranın yaşı qәdәr
idi. Bәzilәrinin sifәti tarixin yaddaşında qalıb vә özümdәn asılı
olmayaraq öz düşüncәlәrimdә mәn istәr-istәmәz onları Dora ilә
eynilәşdirir, hamısını Doraya oxşadıram.
1941-ci ilin yayında әvvәl “Normandiya”da, sonra mәhәllә
kinoteatrlarında artıq işğal vaxtı çәkilmiş filmlәrdәn biri göstәrilirdi.
“İlk görüş” adlı yaxşı bir mәzhәkә filmi idi. Axırıncı dәfә o filmә