Page 217 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 217
Äîðà Áðöäåð 217
Kartoçkada onun “axtarışda” olduğu göstәrilib. Amma nә
vaxtdan? Vә hansı sәbәbә görә? Əgәr o, Doranın itkin düşmәsi
barәdә Klinyankur mәhәllәsinin polis mәntәqәsinә mәlumat ver-
diyi 27 dekabr 1941-ci il tarixindәn “axtarışda” hesab olunurdusa,
onda polislәr onu getmәyә qoymaz, tutub saxlayardılar. Olmaya
diqqәti özünә yönәltmәsi elә hәmin gün baş verib?
Ata öz qızını axtarır, polisә müraciәt edir, bu barәdә axşam
qәzetinә elan verir – amma özü axtarışdadır. Uşaq itib, ata-anası
onun yerindәn bixәbәrdir, övladlarını tapa bilmirlәr, sonra da
itkin uşağın valideynlәrindәn biri mart günlәrinin birindә, ayın
19-da yoxa çıxır. Belә düşünmәk olar ki, hәmin qış fәsli adamları
qәsdәn ayrı salırmış, onları dolaşdırır vә izlәrini itirirmiş, özü dә
elә itirirmiş ki, sanki bu adamlar dünyada yerli-dibli olmayıblarmış.
Vә heç nә dә elәmәk mümkün deyil. Vәzifә borcu sizi axtarmaqdan
vә tapmaqdan ibarәt olanlar isә kartoçkalar tәrtib edirlәr ki,
sonradan izlәrinizi biryolluq itirmәk lap asan olsun.
Dora Brüder atasının hәbsi barәdә dәrhalmı xәbәr tutmuşdu?
Deyә bilmәrәm. Düşünürәm ki, yox. Özünün dekabrdakı qaçışından
sonra martda qız hәlә Ornano bulvarı, 41 ünvanındakı mehman-
xanaya qayıtmamışdı. Polis prefekturasının arxivlәrindә qalan
bir neçә izә әsasәn bu barәdә uzaqbaşı fәrziyyә yürütmәk olar.
İndi, üstündәn altmış ilә yaxın vaxt keçәndәn sonra bu arxivlәr
yavaş-yavaş öz sirlәrini açır. İşğal dövrünün polis prefekturası –
bu gün Sena sahilindә xәyali görkәmә malik vur-tut uzun bir
kazarmadır, başqa heç nә deyil. Biz onu yalnız keçmişi xatırlayarkәn
gerçәkdәn görürük – Edqar Podakı Eşerlәrin xәyali evi kimi. Vә
uzun fasad boyunca gedәrkәn inana bilmirik ki, qırxıncı illәrdәn
bәri burda heç nә dәyişmәyib. Biz özümüzü inandırırıq ki, yox,
bunlar başqa divarlar vә başqa dәhlizlәrdir.
Yәhudilәrin tәqibindә iştirak etmiş komissarlar vә müfәttişlәr
çoxdan ölüb-gedib; onların adları qorxunc әks-sәda kimi sәslәnir,