Page 220 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 220
Ïàòðèê Ìîäèàíî

Jermena Morer, 9.10.21, Antr-Dez-O-da (Vogezı departamenti)
doğulub. Mehmanxanada yaşayır. 1-ci hәbs, O.n., J-R. Krete, 9-
cu dairә”.

Bax, işğal dövründә polis mәntәqәlәrindә aparılan qeydiyyat
jurnallarında qeyd olunan bunlar idi: fahişәlәr, itmiş itlәr, atılmış
uşaqlar. Vә Dora kimi avaralıqda ittiham olunan evdәn qaçmış
yeniyetmәlәr.

Belә görünür ki, yәhudilәrdәn heç söhbәt dә getmir. Amma
hәr necә olsa, onlar polis sahәlәrindәn keçirdilәr vә ilkin saxlama
mәntәqәlәrinә, sonra Dransiyә düşürdülәr. Qısaca bir ifadә: “Ana-
sının yaşayış yeri üzrә bәrpa olunub” ona işarәdir ki, Klinyankur
mәhәllәsinin polislәri Doranın atasının bir ay әvvәl hәbs olunduğunu
bilirdilәr.

Əgәr qeydiyyat jurnalında yazılanlara inansaq, anasının yaşayış
yerinә, yәni Ornano bulvarı, 41 ünvanındakı mehmanxanaya
yerlәşdirilәn Dora Brüder qaçdığı 14 dekabr 1941-ci il tarixi ilә
bәrpa olunduğu 17 aprel 1942-ci il tarixi arasında heç bir iz
qoymayıb. Bu dörd ayı Dora Brüder harda gizlәnmişdi, nә işlә
mәşğul olmuşdu, kiminlә qalmışdı – mәlum deyil. Hәmçinin o
da mәlum deyil ki, anasının “yaşayış yerinә” hansı şәraitdә
qayıdıb. Bәlkә atasının hәbsi barәdә eşidәndәn sonra özü gәlmişdi?
Ya da yetkinlik yaşına çatmayanların işi üzrә polis onu küçәdә
saxlamışdı – axı, axtarış haqqında elan vardı. Mәn hәlәlik bizim
üçün onun ömür xәritәsindә ağ lәkә kimi qalan bu dörd ay
haqqında cüzi bir şey danışa bilәsi nә bir şahid tapmışam, nә dә
buna şәhadәt verәcәk bir ipucu var. Dora Brüderi bu aylar әrzindә
tamamilә gözdәn itirmәmәyin yeganә üsulu – o vaxtın hava
haqqında mәlumatına nәzәr salmaqdır. İlk qar 1941-ci ilin 6
noyabrına tәsadüf etmişdi. Qış özünün әn sәrt sifәtini dekabrın
22-dә göstәrmişdi. Dekabrın 29-da soyuqlar bir az da kәskinlәşir,
pәncәrәlәr buz bağlayır. Yanvarın 13-dәn әsl Sibir şaxtaları
   215   216   217   218   219   220   221   222   223   224   225