Page 215 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 215
Äîðà Áðöäåð 215
baxanda qәribә bir hiss mәni rahat buraxmırdı vә burada mәsәlә
heç dә sadә intriqada, yaxud hәyatsevәr qәhrәmanlarda deyildi.
Mәn özümә deyirdim: bәs әgәr bazar günlәrinin birindә Dora öz
yaşıdı olan evdәn qaçmış qız barәsindәki bu filmә baxıbsa, onda
necә? Hәmin qız “Mәryәmin Müqәddәs Ürәyi”nin oxşarı, az
qala, onun eyni olan bir pansiondan qaçmış vә nağıllarda, ro-
manslarda deyildiyi kimi, öz şahzadәsinә rast gәlmişdi.
Ekranda eynәn real hәyatda Doranın başına gәlәn hadisәdәn
söz açılırdı, fәrq yalnız çәhrayı variantda, bir dә xoşbәxt sonluqda
idi. Görәsәn, qaçmaq fikrini Doranın beyninә bu film salmayıb
ki? Mәn detallara diqqәtlә fikir verdim: dortuar, internatın
dәhlizlәri, şagirdlәrin geyim forması, qaranlıq düşәrkәn filmin
qәhrәmanı olan qızın gözlәdiyi kafe… Mәn, hәtta real hәyatdan,
gerçәklikdәn kәnarda qalan adi bir detal da tapa bilmәdim,
halbuki sәhnәlәrin çoxu pavilyonda çәkilmişdi. Bununla belә,
halım qarışmışdı, özümdә-sözümdә deyildim. Ekran nә cürsә
xüsusi tәrzdә işıqlanmışdı; ola bilsin, plyonka indiki plyonkalardan
deyildi. Sanki bütün kadrların üzәrinә gah kontrastları güclәndirәn,
gah da, әksinә, onları hansısa qış bәyazlığına bürüyәn nazik
pәrdә çәkilmişdi. Son dәrәcә solğun, eyni zamanda da tutqun
işıq sәslәri batırır, yaxud daha kәskin, daha hәyәcanlı edirdi.
Mәsәlәnin nә yerdә olduğunu qәfildәn anladım: bir vaxtlar,
işğal dövründә bu filmә әn müxtәlif adamlar, cürbәcür tamaşaçılar
baxmışdılar vә onların çoxu, lap çoxu müharibәnin sonunacan
yaşamamışdı. Hamısını namәlum yerlәrә, gedәr-gәlmәzә apar-
mışdılar, ancaq onlar özlәri üçün qısa nәfәsdәrmә rolunu oynayan
şәnbә axşamları kinoya getmәyә imkan tapmışdılar. Kinoteatrın
divarları arxasında pusquda durmuş müharibә vә tәhlükәlәrә dair
seans müәyyәn müddәtә unudulmuşdu. Adamlar qaranlıq zalda
bir-biriylә çiyin-çiyinә oturub ekranda bir-birini әvәz edәn kadrlara
tamaşa edirdilәr, – sanki başqa heç nә baş verә bilmәzdi. Vә