Page 211 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 211
Äîðà Áðöäåð 211

Yaxşı, bәs axı 1941-ci ilin 14 dekabrında Dora Brüder neylә-
mişdi? Bәlkә pansiona qayıtmamaq qәrarını son mәqamda, müәs-
sisәnin qapısına çatanda vermişdi, sonra da komendant saatına
qәdәr bütün günü әtraf küçәlәrdә veyillәnmişdi?

Bu mәhәllәdәki küçәlәr öz qәdim adlarını qoruyub saxlayıb:
Dәyirmançılar, Qurd Çuxuru, Gilaslı Xiyaban. Amma “Mәryәmin
Müqәddәs Ürәyi” pansionunun hasarı boyunca uzanan kölgәli
küçә yük stansiyasına çıxır, bir az irәlidә isә, Domenil küçәsiylә
gedәsi olsan, Lion vağzalı başlanır. Buradakı dәmir yolları Dora
Brüderin qapalı şәraitdә yaşadığı pansionun yaxınlığından, cәmisi
bir neçә yüz metrliyindәn keçir. Bu sakit, bu dinc mәhәllә öz
sakinlәri, heç kәsin tanımadığı qәbiristanlıqları vә adamsız
prospektlәri ilә sanki heç Paris mәhәllәsi deyil, – neyçün ki, o
hәm dә dәmiryol relslәrinin vә uzaqlara aparan yolların mәhәllәsidir.

Mәn bilmirәm, yәni doğrudanmı Doranı qaçmaq qәrarı vermәyә
sövq edәn Lion vağzalının bu qәdәr yaxınlıqda yerlәşmәsi olub?
Bilmirәm, zülmәt qaranlığa qәrq olmuş hәrbi gecәlәrin sәssizliyindә
yük qatarlarının, yaxud Lion vağzalından azad zonalara yola
düşәn qatar tәkәrlәrinin tıqqıltısı onun qulağına çatırdımı… Ona
tanış olan, yәqin ki, bu iki saxta söz idi: azad zona.

Dora Brüder haqqında demәk olar ki, heç nә bilmәdәn
yazdığım romanda onun yaşıdı olan İnqrid adlandırdığım qız öz
dostuyla azad zonaya qaçırdı. Romanı yazmaqda mәqsәdim o idi
ki, qız mәnim düşüncәlәrimdә daha çox qalsın. Onda mәn Bella
D. adlı qızı düşünәrәk yazırdım – o da on beş yaşında Parisi tәrk
edib, demarkasiya xәttini qeyri-leqal şәkildә keçmişdi vә Tuluza
hәbsxanasına düşmüşdü; mәn Anna B. haqqında yazırdım – onu
Şalon-sür-Son vağzalında yaxalamışdılar, on sәkkiz yaşlı qızın
üstündә heç bir sәnәdi-filanı yox idi vә ona dörd aylıq hәbs
cәzası kәsmişdilәr… Bütün bunları onlar mәnә altmışıncı illәrdә
danışmışdılar.
   206   207   208   209   210   211   212   213   214   215   216