Page 208 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 208
Ïàòðèê Ìîäèàíî
Başıma gәlәn hadisә çox bayağı bir şәraitdә baş vermişdi.
Onda mәnim vur-tut on sәkkiz yaşım tamam olmuşdu vә hәlә
yetkinlik yaşında sayılmırdım. Valideynlәrim boşanmışdılar, in-
tәhası eyni evdә yaşayırdılar. Atam külәş saçlı isterik bir sarışınla,
yerli gözәlçәlәrdәn olan hansısa Milen Demonjo ilә yaşayırdı,
anamsa mәnimlә qalırdı. Hәmin gün pillәkәndә rastlaşarkәn boş
bir şeyin üstündә sözlәri çәp gәlmişdi, alimentin azlığı ucbatından
mübahisә daha da qızışmışdı. Mәhkәmәnin qәrarına әsasәn bu
alimenti atam anama ödәmәyә borclu idi. Sena Departamentinin
Ali Mәhkәmәsi. Apelyasiya mәhkәmәsi. Müxtәlif instansiyalardakı
sonsuz araşdırmalardan sonra mәhkәmә icraçısı tәrәfindәn tәqdim
olunan iddiaçı qadının xeyrinә çıxarılmış qәrar.
Anam dedi ki, get qapının zәngini bas, ödәmәdiyi pulu atandan
tәlәb elә. Tәәssüf ki, bizim başqa dolanışıq yerimiz yox idi.
Candәrdi razılaşdım, canımı dişimә tutub qapını döydüm. Vicdan
haqqı, qapını o niyyәtlә döymüşdüm ki, yaxşılıqla danışım,
müdaxilәyә görә hәtta üzrxahlıq da elәyim. İntәhası atam qapını
üzümә çırpdı. Mәn onun Milen Demonjosunun nә şivәn
qopartmasını, polisә zәng vurub “burda bir xuliqan dava salır”
demәsini aydınca eşitdim.
Onca dәqiqәdәn sonra mәnim dalımca anamın evinә gәldilәr
vә mәn atamla birgә giriş qapısının qabağında dayanmış “salat
zәnbili”nә minmәli oldum. Biz taxta skamyalarda üzbәüz
oturmuşduq, hәrәmizin dә böyründә iki polis vardı. Fikirlәşdim
ki, mәnimçün bu – hәyatımda ilk belә tәcrübәdir, atamsa iyirmi
il qabaq, 1942-ci ilin hәmin o fevral gecәsindә, yәhudilәrin işi
üzrә polis müfәttişlәri onu tutub, eynәn buna oxşar “salat
zәnbili”nә soxanda artıq bu tәcrübәni keçib. Vә mәn özümdәn
soruşdum: görәsәn, bu dәqiqә atam hәmin hadisәni xatırlayırmı?
Amma o özünü elә aparırdı ki, guya mәni görmür; çalışırdı ki,
baxışlarımdan yayınıb mәnimlә göz-gözә gәlmәsin.