Page 204 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 204
Ïàòðèê Ìîäèàíî
tutquya düşmüşdü. Yәhudi işi üzrә polis müfәttişlәri atamın
hәmin axşam öz dostuyla nahar elәdiyi Marinyan küçәsindәki
restoranın bütün çıxışlarını bağlamışdılar. Müştәrilәrә әmr olun-
muşdu ki, sәnәdlәrini göstәrsinlәr. Atamın sәnәdlәri üstündә ol-
madığından onu polis maşınına basıb aparmışdılar. “Salat
zәnbili”ndә Yelisey düzüylә Qreffül küçәsinә aparılarkәn, –
yәhudi işi üzrә polis prefekturası bu küçәdә yerlәşirdi, – atam
toranlıqda on sәkkiz yaşlı qızın güclә seçilәn kölgәsini görә
bilmişdi. Onları pillәkәnlә polis barmaqlığının vә hansısa komissar
Şveblinin rәis olduğu kabinetin yerlәşdiyi mәrtәbәyә qaldıranda
atam o qızı gözdәn itirmişdi. Sonra onu ilkin saxlama kamerasına
ötürmәk üçün elә hәmin pillәkәnlә aşağı aparanda qәfildәn işıqlar
sönmüşdü vә atam sivişib aradan çıxa bilmişdi.
Atam o qız barәdә mәnә sözarası danışmışdı – 1963-cü ilin
iyun axşamlarının birindә başına gәlәnlәrdәn mәnә ömründә
birinci vә axırıncı dәfә söz açarkәn. Onda biz Yelisey düzündәki
restoranda, iyirmi il әvvәl onu hәbs etdiklәri yerin, demәk olar
ki, düz qarşısında oturmuşduq. O, qızın zahiri görkәmini tәsvir
etmәdi, necә geyinmәsi barәdә bir söz demәdi. Mәn hәmin qızı,
demәk olar ki, unutmuşdum, amma Dora Brüderin varlığından
xәbәr tutduğum gün bu әhvalat istәr-istәmәz yadıma düşdü.
Onda ağlıma belә bir fikir gәldi: bәs әgәr hәmin fevral gecәsi
mәnim atamla vә tanımadığım digәrlәriylә birgә hәbs edilib,
“salat zәnbili”ndә polis prefekturasına aparılan, sonra da Turelә
göndәrilәn o qız Dora Brüder olubsa, onda necә?
Yәqin, mәnim ürәyimdәn keçәrdi ki, 1942-ci ilin hәmin o qış
çağında onlar – atamla o qız – görüşmüş olaydılar. Bir-birindәn
fәrqli, tamamilә başqa-başqa adamlardılar, intәhası hәmin qış
onların hәr ikisini eyni kateqoriyada birlәşdirmişdilәr – izqoy.
Atam da 1940-cı ilin oktyabrında qeydiyyata durmamışdı vә
“yәhudi dosyesi” nömrәsi yox idi. Yәni o da üzәrindә hәr kәsin