Page 209 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 209
Äîðà Áðöäåð 209
Hansı yolla aparıldığımızı dәqiq xatırlayıram. Əvvәlcә sahilyanı
küçәyә gedib Sen-Per küçәsinә çıxdıq, sonra Sen-Jermen bulvarıyla
getdik. “De-Maqo” kafesinin önündәki işıqforda dayandıq. Şüşә
barmaqlıqdan günәşli havada terrasdakı stolların arxasında oturmuş
adamlara baxır vә onlara hәsәd aparırdım. Hәrçәnd bilirdim ki,
mәni elә bir xüsusi tәhlükә-filan gözlәmir: Allaha şükür, zaman
daha o zamanlar deyildi; dinclik, әmin-amanlıq dövrü, sonradan
“üç şәrәfli onillik” adlandırılacaq vaxtlar idi.
Ancaq mәn başa düşmürdüm ki, o zaman, işğal vaxtı hәbsin
dadını görmüş atam necә oldu ki, mәnim “salat zәnbili”nә
mindirilmәyimә belә asanlıqla razılıq verdi. O, mәnimlә üzbәüz
oturmuşdu, sakit vә hәyәcansız idi, üzündә yüngül ikrah hissi
vardı, gözümün içinә dik baxa bilmir, nәzәrlәrini çaşqın halda
mәndәn yayındırırdı. Ondan hәr hansı dәstәk gözlәmәyin faydasız
olduğunu bildiyim üçün bir azdan polis mәntәqәsindә verәcәyim
izahat mәni qorxudurdu. Bu iş mәnә hәm dә ona görә әdalәtsiz
görünürdü ki, ilk kitabımı elә mәhz hәmin günlәrdә yazmağa
başlamışdım – o kitab ki, işğal dövründә onların keçirdiyi bütün
ağrı-acıları mәn öz üzәrimә götürmüş, öz canıma çәkmişdim. Bir
neçә il qabaq atamın kitabxanasında antisemitlәrin qırxıncı illәrdә
nәşr olunmuş әsәrlәrini tapmışdım. Atam onları yәqin o vaxt ona
görә almışdı ki, bu adamların onu nәdә ittiham etdiklәrini başa
düşmәyә çalışsın. Mәn özlüyümdә tәsәvvür etdim ki, xәstә
tәfәkkürlә doğulmuş vә hәr cür qüsurların daşıyıcısı olan, donqar
burnunun vә caynaqlı barmaqlarının mәnfur kölgәsi hәr divarda
uzaqdan görsәnәn, hәr cür şәrә, hәr cür pisliklәrә görә mәsuliyyәt
daşıyan vә bütün cinayәtlәrdә müqәssir sayılan o adamlıqdan
çıxmış әcaibin, o insanlıqdan kәnar bәdheybәtin tәsviri onu necә
sarsıdıb. Mәn istәyirdim ki, öz birinci kitabımda atamın timsalında
mәni tәhqir etmiş bu adamların kәskin cavabını verәm. Fransız