Page 207 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 207
Äîðà Áðöäåð 207
ciblәrini әt qarışıq dartıb qoparırdılar. Qadınları necә әllәşdirdiklәri,
üst-başlarını nә cür axtardıqları, onların hansı yerlәrinә әl atmaları
barәdә danışmaq istәmirәm. Axtarış başa çatandan sonra pul vә
qiymәtli әşyaların hamısını qatmaqarışıq şәkildә, necә gәldi ça-
madanlara doldurur, iplә sarıyıb plomblayır vә c-b Şveblinin
maşınına yüklәyirdilәr. Plomblar heç bir mәna daşımırdı, belә ki,
plombir onsuz da polislәrin öz әlindә, öz ixtiyarındaydı. Əsginasları
da, zinәt әşyalarını da mәnimsәmәyә polislәrin hәr cür imkanları
vardı. Yeri gәlmişkәn, onlar, mәsәlәn, hansısa qiymәtli üzüyü
göstәrib “Bir buna bax ha, xalis daşdır” demәkdәn xәcalәt çәkmir,
yaxud ciblәrindәn bir dәstә әsginas çıxarıb “İşә bax ha! Bunları
lap unutmuşdum” deyib hırıldamaqdan qәti utanmırdılar. Polislәr
barakları da axtarırdılar, bir-bir bütün çarpayıları yoxlayır,
döşәklәrin içini çıxarır, balışları cırıb-tökürdülәr. Yәhudi işi üzrә
polisin apardığı axtarışlar barәdә heç bir sәnәd, heç bir şәhadәtnamә
qorunub saxlanmayıb”.
Şveblinin komandası – aralarında biri qadın olmaqla – yeddi
nәfәrdәn ibarәt idi, hәmişә dә eyni adamlar olurdu. Onların adla-
rını heç kәs bilmir. O vaxt hamısı cavan idi, ola bilsin, hansısa bi-
ri bugünәdәk dә sağdır. Amma onları tanımağa bir adam yoxdur.
Şveblin özü 1943-cü ildә xәbәrsiz-әtәrsiz yoxa çıxıb. Çox
ehtimal ki, onu almanlar özlәri aradan götürüb. Amma atam bu
adamın kabinetindә keçirdiyi qısa sәrgüzәştindәn danışarkәn
әlavә etmişdi ki, guya müharibәdәn sonra, hansısa bazar günü
bir dәfә Mayo zastavasının yanında gәzәrkәn camaatın arasında
eynәn ona oxşayan bir nәfәr gözünә görüküb.
Altmışıncı illәrin әvvәllәrindә “salat zәnbillәri”nin görkәmi
hәlә çox da dәyişmәmişdi. Onun içinә “düşmәk” mәnә hәyatımda
cәmisi bircә dәfә qismәt olub, özü dә işә bax ki, atamla bir
yerdә. Bu sәrgüzәşt mәnimçün simvolik görünmәsәydi, haqqında
heç danışmazdım da.