Page 200 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 200
Ïàòðèê Ìîäèàíî
hökumәtin mәmuruna tapança atәşi açandan dәrhal sonra –
almanlar onu X dairәnin bütün әrazilәrindә tәtbiq etdilәr. Bunun
ardınca isә – dekabrın 8-dәn ta 14-nә qәdәr, yәni Doranın pan-
sionatı tәrk elәdiyi hәmin bazar gününәdәk – komendant saatı
bütün Parisdә tәtbiq olundu.
“Mәryәmin Müqәddәs Ürәyi” pansionunun әtrafında şәhәr
tutqun hәbsxanaya çevrildi, mәhәllәlәrin işıqları bir-birinin ardınca
sönmәyә başladı. Dora Pikpüs küçәsindәki (60 - 62) hündür
divarların arxasında idi, valideynlәri isә öz mehmanxana
nömrәlәrindә qapanıb qalmışdılar.
Atası 1940-cı ilin oktyabrında onu “yәhudi qız” kimi qeydә
aldırmamışdı vә Doranın “dosye nömrәsi” yox idi. Polis
prefekturasının 10 dekabr tarixli sәrәncamında “ailә şәraitinin
hәr hansı dәyişikliyi barәdә tәcili mәlumat vermәk” maddәsi
vardı. Doranın pansionatdan qaçmasına qәdәr çәtin ki, atası onun
adını kartoçkaya salmağa imkan tapaydı vә ümumiyyәtlә onun
belә bir istәyi olmuşdu. Yәqin düşünürdü ki, qızının “Mәryәmin
Müqәddәs Ürәyi” pansionatına yerlәşdirilmәsindәn polis
prefekturasında bir kimsә şübhәlәnmәz.
Bizi qaçışa tәhrik edәn nәdir? Yadımdadır, bir dәfә elә özüm
dә evdәn qaçmışdım. Bu, 1960-cı ildә, yanvarın 18-dә baş
vermişdi. Amma onda günlәr 1941-ci ilin dekabr ayındakı qәdәr
“qara” deyildi. Mәnim Villakuble aerodromunun anqarları boyunca
uzanan yolla qaçışımı Doranın qaçışıyla doğmalaşdıran yalnız
bir şey vardı: qış fәsli. On sәkkiz il әvvәlki qışla qәti müqayisәyә
gәlmәyәn adi, sakit bir qış günüydü. Amma hәr necә olsa, bәyәm
bizi qәfildәn qaçmağa sövq edәn – tәnhalığı daha kәskin duyduğun
soyuq, boz, yeknәsәq günlәr deyilmi? Ən çox hiss etdiyin dә
boynundakı kәndirin necә dartılması, ilgәyin necә daralmasıdır.
14 dekabr, bazar günü. Bütün hәftә әrzindә riayәt olunan
komendant saatının götürüldüyü ilk gün. Axşam saat altıdan