Page 198 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 198
Ïàòðèê Ìîäèàíî
Brüderin üzәrindә cәmlәmәk imkanıydı; özümә deyirdim ki,
bәlkә mәhz bu yolla onun haqqında nәsә öyrәnә, yaxud nәyisә
fәhm edә bilәrәm – heç olmasa onun olduğu yeri, yaxud hәyatının
hansısa faktını. Hәlәlik mәn yalnız bircә şeyi bilirdim – qızın
adını. BRÜDER DORA. Başqa heç nә yox idi, heç bir şey yazıl-
mamışdı – nә doğulduğu tarix, nә doğulduğu yer. Mәn bu adı
atasının 18 sentyabr 1942-ci ildә Osvensimә göndәrilәn әsirlәrin
növbәti partiyasının siyahısındakı adının üzәrindә oxudum. Atası
haqqında belә yazılmışdı: BRÜDER ERNEST, 21.5.99. Vyana.
Vәtәndaşlığı yoxdur.
Bu romanı mәn altmışıncı illәrdә yaxından tanıdığım iki
qadını düşünә-düşünә yazırdım. Doranın yaşıdı olan qadınlar –
Anna B. vә Bella D. Onlardan biri Dora ilә demәk olar ki, eyni
vaxtda doğulmuşdu; aralarında bircә ay fәrq vardı. İşğal vaxtı bu
qadınlar da eynәn Doranın taleyini yaşaya bilәrdilәr vә yәqin
çox şeydә Doraya tam uyğun gәlirdilәr. Bu gün mәn anlayıram
ki, gerçәkliyin zәif bir әks-sәdasını tutmaq üçün iki yüz sәhifә
yazmaq lazımmış.
Bax budur, cәmisi bir neçә söz: “Qatar “Nasyon” stansiyasında
dayandı. Riqo ilә İnqrid “Port-Dore”yә getmәk üçün qatarı dә-
yişmәli olduqları “Bastiliya” stansiyasını ötürmüşdülәr. Metrodan
çıxarkәn onlar nәhәng qar çöllüyünün qarşısında peyda oldu-
lar… Yolu qısaldaraq addımbaşı sürüşdüklәri xizәklәrdә kiçik
küçәlәrlә Sult bulvarına tәrәf getdilәr”.
Bu xırda küçәlәr Pikpüs küçәsinә bitişirlәr vә dekabr
axşamlarının birindә Dora Brüderin özbaşına tәrk elәdiyi “Mәryәmin
Müqәddәs Ürәyi” pansionu bura lap yaxındır. Çox ola bilәr ki,
hәmin axşam Parisdә qar yağırdı.
Bu, mәnim bütün kitab boyu heç özüm dә bilmәdәn, Doraya
zaman vә mәkanca yaxınlaşdığım yeganә mәqamdır.