Page 194 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 194
Ïàòðèê Ìîäèàíî

Amma dortuar. İbadәtgah. Yemәkxana. Mәktәb hәyәti. Sinif
otağı. İbadәtgah. Vә yenidәn dortuar.

“Mәryәmin Müqәddәs Ürәyi” pansionunda o, tәsadüf nәticәsindә
– amma bu hәqiqәtәnmi tәsadüf idi? – bir vaxtlar doğulduğu
mәkanın lap yaxınlığında, az qala hәmin yerlә üzbәüz yaşamışdı.
Santer küçәsi, 15. Rotşild xәstәxanasının doğum şöbәsi. Hәmin
o Santer küçәsi hәm Qar-de-Reyi küçәsinin, hәm dә pansionat
divarının davamı kimidir.

Sakit mәhәllә, kölgәli ağaclar. Bu yer iyirmi beş il әvvәl ol-
duğu kimiydi. 1971-ci ilin iyununda mәn bir dәfә bütün gün ora-
larda gәzmişdim. Hәrdәnbir yay leysanından qaçıb küçә qapısının
altında daldalanmalı olurdum. Niyәsini heç özüm dә başa düş-
mürәm, amma hәmin gün mәndә elә bir hiss vardı ki, sanki
kiminsә iziylә addımlayıram.

1942-ci ilin yayından pansion әtrafındakı mәhәllәlәrdә tәhlükә
birәbeş artdı, әrazinin qara günlәri başlandı.

İlin axırlarına doğru xәstәxanada, Rotşildin Lamblardi
küçәsindәki yetimxanasında, Pikpüs küçәsi, 76 ünvanında –
Doranın doğum şәhadәtnamәsinә şahid qismindә imza atmış
Qaspar Meyerin hәm xidmәt göstәrdiyi, hәm dә yaşadığı evdә
tutqular tüğyan elәyirdi. Rotşild xәstәxanası әsl tәlә idi: ora
Dransi düşәrgәsindәn xәstәlәri gәtirirdilәr ki, az sonra tәzәdәn
geriyә qaytarsınlar – әmr belә idi vә almanlar “Faralik” özәl
axtarış agentliyi xәfiyyәlәrinin vasitәsilә Santer küçәsindәki 15
nömrәli evә dörd gözlә nәzarәt edirdilәr. Doranın yaşıdı olan nә
qәdәr uşağı, nә qәdәr yeniyetmәni gizlәndiklәri yerdәncә –
Rotşildin Lamblardi küçәsindәki yetimxanasından qapazlayıb
aparmışdılar. Bu, Qar-de-Reyidәn sonrakı sağ tәrәfdәn birinci
küçәdir. Elә Qar-de-Reyi küçәsinin özündә dә – mәktәb bağının
divarı ilә üzbәüz olan 48-bis nömrәli evdә – Dora yaşında vә
ondan bir az kiçik oğlanlı-qızlı doqquz yeniyetmәni valideynlәri
   189   190   191   192   193   194   195   196   197   198   199