Page 190 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 190
Ïàòðèê Ìîäèàíî
küçәsiydi. Tәkrәqәmli üzdә sәki boyunca uzanan hündür hasar
vardı; hasarın üstünә mәktәb bağındakı ağacların kölgәsi düşürdü.
Doranın il yarım әrzindә günaşırı gördüyü bu yerlәrin necәliyi
barәdә çox az şey öyrәnә bildim. Mәnә mәlum olan bu idi ki,
böyük bağ Qar-de-Reyi küçәsinin uzununa yerlәşmişdi, o biri
tәrәfdә isә, korpusların axırında mәktәb hәyәti başlanırdı. Hәyәtdә,
daş piramidanın altındakı süni mağarada pansionatın tәsisçisi
Madre ananın ailә sәrdabası vardı.
Mәn bilmirәm, Dora Brüder “Mәryәmin Müqәddәs Ürәyi”
pansionunda özünә rәfiqәlәr tapmışdımı. Yoxsa o özünü kәnarda
saxlayır, hamıdan gen gәzirdi? Nә qәdәr ki, onun bacılıqlarından
birini tapmamışam, çarә yalnız gümanlara qalır. Amma bu gün
Parisdә, ya hansısa şәhәrkәnarı qәsәbәdә öz çoxdankı sinif
yoldaşını, yaxud dortuar qonşusunu – boyu 1 m 55 sm, әynindә
boz idman paltosu, sumağı sviter, tünd-göy yubka, başında hәmin
rәngdәcә Feta kepkası, ayağında qәhvәyi idman çәkmәsi olan
qonur-qәhvәyi gözlü girdәsifәt qızı – xatırlaya bilәcәk tәxminәn
yetmiş yaşlarında bir qadın olmalıdır axı.
Mәn bu kitabdan yapışıb gәmi mayakı kimi siqnallar versәm
dә, inanmıram mayakımın işığı qaranlığı yarıb keçә bilsin. Çox
tәәssüf. Amma hәr halda ümid edirәm.
“Mәryәmin Müqәddәs Ürәyi” pansionunun o vaxtkı başçısını
Mari-Jan-Batist ana çağırırdılar. O, 1903-cü ildә doğulub – bioqrafik
mәlumat kitabçası belә deyir. Postriq mәrasimindәn sonra onu
Parisә, 1929-cu ildәn 1946-cı ilә qәdәr on yeddi il işlәdiyi
“Mәryәmin Müqәddәs Ürәyi” pansionatına göndәriblәr. Dora
Brüder pansiona qәbul edilәndә bu qadının yaşı qırxdan artıq olub.
Əgәr mәlumat kitabçasına inansaq, Mari-Jan-Batist ana öz
“mühakimәlәrindә sәrbәstliyi vә alicәnablığı” ilә seçilib vә “qızğın
fәrdiyyәtçiliyә” malik olub. 1985-ci ildә vәfat edib – mәnim Dora
Brüderin mövcudluğundan xәbәr tutduğum vaxtdan üç il qabaq.