Page 195 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 195
Äîðà Áðöäåð 195
qarışıq tutub aparmışdılar. Bütün mәhәllәdә yeganә tәhlükәsiz
“adacıq” özünün hәyәt vә bağıyla birgә “Mәryәmin Müqәddәs
Ürәyi” idi. Bir şәrtlә ki, pansionatdan bayıra çıxmayasan, ko-
mendant saatının qatı qaranlığından seçilmәyәn qara divarların
kölgәsinә qısılıb siçovul kimi cınqırını çıxarmayasan.
Mәn bu sәtirlәri 1996-cı ilin noyаbrında qәlәmә alıram. Yağışlı
günlәrdir. Sabah dekabr başlanır vә tezliklә Doranın qaçışından
әlli beş il keçmiş olacaq. Hava yaman tez qaralır, amma әslindә
bu cür daha yaxşıdır: neyçün ki, qaranlıqda günlәrin bozluğu vә
yeknәsәqliyi tez yoxa çıxır. Fasilәsiz yağan yağışlarda isә –
adama elә gәlәndә ki, pәncәrәnin arxasında heç dә gündüz deyil,
hansısa aralıq vәziyyәtdir – tutqun toranlıq ta axşamacan uzanır.
Hava erkәn qaralanda, qaranlıq düşәndә isә küçә fәnәrlәrini
yandırırlar, vitrinlәr, kafelәr işıqlanır, axşamın havası adama tәzә
görünür, görüntülәr aydınlaşır, yolayrıclarındakı tıxaclarda
maşınların siqnal sәslәri eşidilir, adamlar küçәlәrdә harasa
tәlәsirlәr. Bu işıqlara, bu qәlәbәliyә baxanda inanmağım gәlmir
ki, mәn Doranın, onun valideynlәrinin, yaxud elә öz atamın
yaşadığı hәmin şәhәrdәyәm. Onda atam mәnim indi olduğumdan
iyirmi yaş cavan idi. Mәn özümә Parisin o vaxtıyla indisini
birlәşdirәn yeganә sap kimi baxıram, elә bil bütün bu tәfәrrüatları
xatırlayan tәkcә mәnәm. Hәrdәn sap tamamilә nazilir, sanki
indicә üzülüb qırılacaq; amma hәrdәn elә axşamlar da olur ki,
bugünkü şәhәrin arasından dünәnin yalnız mәnim gözümә görünәn
xәtlәri keçir.
Mәn “Sәfillәr”in beşinci vә altıncı cildlәrini tәzәdәn oxudum.
Viktor Hüqo Javerin tәqib etdiyi Jan Valjanla Kozettanın gecәnin
qaranlığında Sen-Jak zastavasından Kiçik Pikpüsә qәdәr bütün
Parisi necә ayaqdan saldıqlarını tәsvir edir. Onların keçdiyi yolu
şәhәrin planına әsasәn hissә-hissә izlәmәk dә mümkündür. Bax,
artıq Sena lap yaxınlıqdadır. Kozetta yorulub, Jan Valjan onu