Page 191 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 191
Äîðà Áðöäåð 191
Dora yәqin ki, onun yadında qalmış olardı – әn azından,
qaçdığına görә. Amma belә baxanda mәn bu qadından nә öyrәnә
bilәrdim ki? Gündәlik hәyatda az әhәmiyyәt kәsb edәn hәr hansı
xırda faktlarımı? Özünün bütün alicәnablığına baxmayaraq, bu
qadın Dora Brüderin beynindә nәlәr gizlәndiyini, daxilindә hansı
tәlatümlәr baş verdiyini, internatda necә yaşadığını, hәr sәhәr vә
hәr axşam kilsә ibadәtlәrinin, hәyәtdәki süni mağaranın, bağ
hasarının vә dortuardakı uzun çarpayı sırasının ona necә
göründüyünü, necә tәsir etdiyini hardan bilәcәkdi?
1942-ci ildә, Dora Brüderin pansiondan qaçmasından bir neçә
ay sonra hәmin müәssisәdә yaşamış bir qadını soraqlayıb tapdım.
O vaxt bu qadının vur-tut on yaşı olub, Doradan kiçik imiş.
“Mәryәmin Müqәddәs Ürәyi” pansionu barәdә yadında qalanlar
– yalnız uşaqlıq xatirәlәri idi. O, mәnşәcә polyak yәhudilәrindәn
olan anasıyla Qut-d.Or mәhәllәsindә yaşayırmış. Şartr küçәsindә
– Sesil vә Ernest Brüderin Dora ilә birgә yaşadıqları Polonso
küçәsinin ikicә addımlığında. Acından ölmәmәk üçün anası
vermaxt üçün әlcәk tikәn emalatxanada gecә növbәsindә işlәmәyә
mәcburmuş, özü isә Jan-Fransua Lepin küçәsindәki mәktәbә
gedirmiş. 1942-ci ilin axırlarında, tuthatut vaxtı, müәllimәsi
anasına mәslәhәt görmüşdü ki, qızını gizlәtsin. “Mәryәmin Mü-
qәddәs Ürәyi” pansionunun ünvanını da anasına yәqin elә hәmin
müәllimә vermişdi.
Mәnşәyini gizlәtmәk üçün qızı pansionata Süzanna Alber
adıyla qәbul etmişdilәr. Tezliklә naxoşladığından onu lazaretә
qoymuşdular. Lazaretdә hәkim dә olub. Amma bir müddәtdәn
sonra xahiş elәmişdilәr ki, gәlib onu aparsınlar, çünki yemәkdәn
imtina edirdi.
Yadında qalan bir dә o idi ki, pansionatda hәr şey qara rәng-
dәymiş: divarlar da, siniflәr dә, lazaret dә. Tәkcә rahibәlәrin lә-
çәklәri ağ olub. Pansion mәktәbdәn daha çox yetimlәr üçün