Page 187 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 187
Äîðà Áðöäåð 187
1940-cı il mayın 13-dә, Doranın “Mәryәmin Müqәddәs Ürәyi”
pansionuna yerlәşdirilmәsindәn dörd gün sonra növbә “reyxdәn”
vә “sabiq Avstriyadan” olan qadınlara çatmışdı. Onları çağırış
vәrәqәsi ilә Qış velodromuna yığıb, on üç gün orada saxlamış,
alman qoşunları yaxınlaşanda isә hamısını Aşağı Pireneyә, Qyur
düşәrgәsinә göndәrmişdilәr. Bәlkә Sesil Brüder dә çağırış vәrәqәsi
alanlardan idi?
Tәsәvvürünüzә gәtirin ki, sizi belәcә tәsnifatlaşdırır, ömründә
adını belә eşitmәdiyiniz hansısa anlaşılmaz kateqoriyalara ayırırlar,
özü dә bu әcaib yarlıqların sizin әslindә kim olduğunuzla heç bir
aidiyyәti-filanı yoxdur. Sizi çağırış vәrәqәlәriylә çağırır, tәrksilah
edib nәzarәt altında saxlayırlar. Vә sizә yalnız başınızı sındırmaq
qalır: axı neyçün?
Bir mәsәlәni dә bilmәk istәrdim: Sesil vә Ernest Brüder
“Mәryәmin Müqәddәs Ürәyi” pansionunun varlığından necә xә-
bәr tutmuşdular vә Doranı ora vermәyi onlara kim mәslәhәt gör-
müşdü?
Belә düşünürәm ki, Dora on dörd yaşında artıq kifayәt qәdәr
müstәqil qız idi vә bacıqızının vurğuladığı hәmin o inadkarlıq,
çox ehtimal ki, оnun daxilindә özünü büruzә vermәyә başlayırdı.
Bu sәbәbdәn, yәqin valideynlәri dә belә qәrara gәlmişdilәr ki,
nizam-intizam qıza çox zәruridir. Amma nәyә görәsә yәhudilәr
bundan ötrü xristian mәktәbini seçmişdilәr. Yaxşı, bәs onlar öz
dinlәrindә qalırdılarmı? Ümumiyyәtlә, onların seçim imkanları
vardımı? “Mәryәmin Müqәddәs Ürәyi” pansionunda tәhsil alanlar
kasıb ailәlәrin qızlarıydı. Doranın ora qәbul edildiyi dövrdә pan-
sionata rәhbәrlik etmiş qadın monastırı başçısının bioqrafiyasında
yazılıb: “Valideynlәrindәn mәhrum uşaqlar, yaxud kasıb ailәnin
övladları İsanın daim üstünlük verdiyi uşaqlardır”. Xristian
Mәrhәmәt missiyasının rahibә bacılarına hәsr olunmuş başqa
broşürdәn: “Mәryәmin Müqәddәs Ürәyi” pansionu kiçik yaşlı