Page 182 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 182
Ïàòðèê Ìîäèàíî
biri – 49 nömrәli evdәki mehmanxana hansısa Rukettә mәxsus
idi. Sorğu-mәlumat kitabçasında onun adı “Otel-Bar” kimi
göstәrilir. O biri mehmanxana isә 32 nömrәli evdә yerlәşib, sahi-
bi dә – hansısa Şarl Kampatsi. Bu mehmanxanaların heç adları
da olmayıb. Bu günsә özlәri dә yoxdur.
Bir vaxtlar mәn yerüstü metro xәttinin körpüyә çatdığı yerәcәn
bulvarlarla gәzmәyi çox xoşlayırdım. Onda hardasa 1968-ci il
idi. Öz gәzintimә Blanş meydanından başlayırdım. Dekabrda
yarmarka canbazları mәrkәzi çәmәnliyi rәngarәng, alabәzәk şәklә
salırdılar. Mәn Şapel bulvarına yaxınlaşana qәdәr işıqlar yavaş-
yavaş sönürdü. Onda mәn Dora Brüder vә onun valideynlәri
barәdә heç nә bilmirdim. Yadımdadır ki, Laribuazyer xәstәxanasının
divarları boyunca, sonra isә dәmiryol relslәrinin üstüylә gedәrkәn
mәni qәribә bir hiss çulğamışdı – sanki Parisin әn tutqun rayonuna
düşmüşdüm. Amma bu yalnız tәzadlı işıq-kölgә oyunu idi: Klişi
bulvarının son dәrәcә parlaq işıqlarından sonra bitmәk bilmәyәn
qara rәngli lal-kar divar vә metronun tağtavanı altındakı toranlıq…
Mәnim yaddaşımda Şapel mәhәllәsi nәsә hәrәkәtdә olan,
harasa sürüşüb qaçan bir yer kimi qalıb. Ehtimal ki, dәmiryol
xәtlәrinin, yaxınlıqdakı Şimal vağzalının vә başım üzәrindәn
keçәn metro qatarlarının gurultusu ucbatından… Mәnә elә gәlirdi
ki, burda heç kәs uzun müddәtә oturuşub qala bilmәz. Bura
kәsişmә nöqtәsi, yolayrıcıdır – burdan dörd tәrәfә yol gedirdi.
Hәr necә olsa, mәn mәhәllәdәki uşaq bağçasının vә mәktәblәrin
ünvanını yazdım – o ümidlә ki, bәlkә onların arxivlәrindә Dora
Brüderin adını tapa bilәcәm. Əlbәttә, әgәr bağça vә mәktәblәr
hәlә dә mövcud idisә.
Uşaq bağçası: Sen-Lyük küçәsi, 3.
Qızlar üçün ibtidai mәktәblәr: Kave küçәsi, 11; Puasonyer
küçәsi, 43, Oran dalanı.