Page 180 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 180
Ïàòðèê Ìîäèàíî
süquta uğradı. El-Mer çökәkliyindә döyüş. İmmuzer yaylasında
döyüş. Katgenin legionerlәr batalyonu. Buhenşutsun legionerlәr
batalyonu. Süsini vә Jenudenin legionerlәr batalyonu.1923-cü
ilin avqustu. Ued-Tamgildә döyüş.
Maraqlıdır, bәs gecәlәr orda, qumların vә çılpaq daşların
arasında doğma Vyana, Hauptalleyadakı şabalıdlıq onun yuxusuna
girirdimi? Ernest Brüderin – “2-ci dәrәcәli fransız legionerinin”
kartoçkasında bir bәnd dә göstәrilmişdi: “100 % müharibә әlili”.
Bәs o, bu döyüşlәrin hansında yaralanmışdı?
İyirmi beş yaşında Ernest Brüder Parisdә peyda oldu. Küçәdә.
Xarici Legiondakı xidmәtdәn onu yәqin ki, yaralandığına görә
azad elәmişdilәr. Düşünürәm ki, bu barәdә o heç kәsә bir söz
demәyib. Onsuz da xeyri yoxdu, bu, heç kәsin vecinә deyildi.
Əminәm ki, o heç әlilliyә görә pensiya da almayıb. Fransa vәtәn-
daşlığını ona axıracan da vermәdilәr. Onun yaralanması yalnız
bircә yerdә xatırlanır – hәmin o kartoçkada ki, işğal dövründә
tutqular keçirmәk üçün polisin işinә yarayan çoxlu sayda kar-
toçkalardan biriydi.
1924-cü ildә Ernest Brüder 17 yaşlı qızla – 17 aprel 1907-ci
ildә Budapeştdә doğulmuş Sesil Bürdei ilә evlәnir. Mәn bilmirәm
bu izdivac harda baş verib; heç şahidlәrin kimliyindәn dә xәbәrim
yoxdur; adlarını bilmirәm. Yaxşı, bәs onlar necә, harda tanış ol-
muşdular? Sesil Bürdei öz valideynlәri, dörd bacısı vә bir qarda-
şıyla birgә Budapeştdәn Parisә Ernest Brüderdәn bir il qabaq kö-
çüb gәlmişdi. Onlar Rusiya yәhudilәrindәn idilәr, ancaq görünür
ailә Budapeştdә çoxdan mәskunlaşmışdı, hardasa әsrin әvvәllәrindә.
Birinci Dünya müharibәsindәn sonra, Vyanada olduğu kimi,
Budapeştdә dә hәyat şәraiti çox ağır idi, onlar da bu sәbәbdәn
Qәrbә üz tutmuş, xoş gün sorağıyla axırda gәlib Parisdә mәskun-
laşmışdılar – Lamarka küçәsindәki yәhudi sığınacağında. Gәliş-
lәrinin birinci ayı elә hәmin Lamarka küçәsindәcә qızlardan üçü