Page 181 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 181
Äîðà Áðöäåð 181
– biri on dörd, biri on iki, biri on yaşında – yatalaq qızdırmasından
ölmüşdülәr.
Maraqlıdır, evlәnәrkәn Sesillә Ernest Brüder harda yaşamışdı?
Sevranda, Lyejar küçәsindәmi? Bәlkә Parisdә, hansısa hoteldә
nömrә tutmuşdular? Hәr halda, Dora doğulandan sonra onlar
yalnız mehmanxanalarda qalmışdılar.
Belә adamlar özlәrindәn sonra az izlәr qoyurlar. Belәlәri –
heç kimdir, heç nәdir. Onları Paris küçәlәrindә, yaxud mәnim
tәsadüfәn nә vaxtsa mәskunlaşdıqlarını öyrәndiyim şәhәrkәnarı
qәsәbәlәrin fonunda seçmәk çәtin olur. Yalnız ünvan – onların
barәsindә öyrәnilmәsi mümkün olan çox vaxt yalnız bu olur.
Qәribәliyә bax: yerlәri dәqiq mәlumdur, di gәl, necә yaşadıqlarına
şәhadәt verәn heç nә yoxdur; hәmin mәkanda olan yalnız nәhәng
ağ lәkә – namәlumluq vә susqunluqdur.
Mәn onların yaxın qohumlarından birini – Ernest Brüderin
bacısı qızını axtarıb tapdım. Onunla telefonla danışdım. Onları
xatırladığını bildirdi. Bu, uşaqlıq xatirәsiydi – eyni vaxtda hәm
silinib getmiş, hәm dә dәqiq xatirә. Dayısı onun yadında xeyirxah,
mehriban bir adam kimi qalmışdı. Mәn Brüderlәrin ailәsi barәdә
az-çox mәlumatı mәhz bu qızdan aldım. O belә eşitmişdi ki,
Ornano bulvarındakı mehmanxanadan qabaq Ernestlә Sesil öz
qızları Dora ilә başqa bir mehmanxanada yaşayıb – Puasonyer
küçәsinә çıxan hansısa küçәdә. Parisin xәritәsinә baxa-baxa mәn
telefonda bir-birinin ardınca küçәlәrin adını sadalayıram. Hә dә,
bu Polonso küçәsidir. Lakin nә Sevran, nә Frenvil, nә dә Vestinhauz
zavodu barәdә o heç vaxt eşitmәmişdi.
İnanmaq istәyirәm ki, yaşadıqları yerlәrdә adamlardan nәsә
bir iz qalmalıdır. İntәhası Ernest vә Sesil Brüderlәrlә, Dora ilә
vәziyyәt tamamilә başqa cürdür. Hәr dәfә onların yaşadığı yerlәrә
baş çәkәndә bir hiss mәni heç vaxt tәrk etmirdi: sanki nәsә çatış-
mır. O vaxt Polonso küçәsindә iki mehmanxana olub. Onlardan